SİYASƏT
Treninq iştirakçılarının seçki prosesi ilə əlaqədar suallarına aydınlıq gətirilmişdir
Şamaxı, 23 sentyabr (AZƏRTAC). Sentyabrın 23-də 85 saylı Şamaxı seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, treninqlərdə seçkilər günü Seçki Məcəlləsindən irəli gələn hüquq və vəzifələr barədə geniş maarifləndirmə işləri nəzərdə tutulmuşdur.
Dairə seçki komissiyasının iclas zalında təşkil olunan treninqin ilk günündə 63 məntəqədən 14-nün sədr, katib və üzvləri iştirak etmişlər. Dairə seçki komissiyasının sədri Hüseyn Rəcəbov, katibi Sabir Məmmədov, aparıcı-məsləhətçi Vüsal Hüseynov iştirakçılara seçki məntəqələrinin açılması, səsvermə saatlarında tədbirlər, səslərin hesablanma qaydaları, səsvermənin nəticələri haqqında hesabatın hazırlanması və seçki qaydalarına uyğun digər məsələlər barədə ətraflı şərhlər vermişlər.
Treninqdə seçki prosesi ilə əlaqədar iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilmişdir.