Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKDİLLİ DÖVLƏTLƏRİN VƏ TOPLULUQLARIN 10-CU DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYI İŞƏ BAŞLAMIŞDIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QURULTAYDA İŞTİRAK ETMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 18-də Antalyada Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı işə başlamışdır.

Türkdilli Dövlətlərin və Topluluqların Dostluq, Qardaşlıq və İşbirliyi Vəqfi (TÜDEV) və Türkiyə Respublikasının Baş Nazirliyi yanında fəaliyyət göstərən Türk İşbirliyi və İnkişaf Agentliyi (TİKA) tərəfindən keçirilən qurultayda Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir.

Əvvəlcə qurultay iştirakçıları türk dünyasının Əhməd Yəsəvi, Ərtuğrul Qazi, Əlişir Nəvai, Atatürk, Heydər Əliyev və digər görkəmli şəxsiyyətlərinin əziz xatirəsini birdəqiqəlik sükutla yad etdilər. Türkiyənin İstiqlal marşı ifa olundu.

TÜDEV-in sədri Əbdülxalıq Çay iştirakçıları salamlayaraq bildirdi ki, beşillik fasilədən sonra qurultay öz işinə başlayır. 1993-cü ildə ilk qurultay İstanbul şəhərində keçirilmişdir və məqsəd yeni layihələrlə gələcəyə doğru birlikdə getmək, mədəni, elmi, iqtisadi birliyə nail olmaqdır. O, ötən illərdə baş verən dəyişikliklərdən, inkişafdan, qədim tarixi olan türkdilli xalqların üzləşdiyi problemlərdən, dünyadakı rolundan, ortaq mədəniyyətə, ortaq dilə malik xalqlar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışdı.

Sonra Türkiyənin dövlət naziri Bəşir Atalay qurultay iştirakçıları barədə məlumat verərək bildirdi ki, ayrı-ayrı türkdilli dövlətlərdən və topluluqlardan nümayəndələr iştirak edir. Onlar əsasən Azərbaycan, Monqolustan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, İraq, İran, Bosniya və Hersoqovina, Şimali Kipr, Krım, Abxaziya, Tıva, Qaqauziya, Altay, Çuvaşiya və Kabarda-Balkarı, eləcə də ABŞ, Fransa, Almaniya və digər ölkələrdəki diasporu təmsil edirlər. Dövlət naziri şimaldan-cənuba, şərqdən-qərbə doğru böyük coğrafi məkanda yaşayan türkdilli xalqların təmsilçilərinin qurultayının iki ildən bir ayrı-ayrı ölkələrdə keçirilməsinin faydalı olacağını vurğuladı.

Xatırladaq ki, qurultayın indiyədək daimi olaraq Türkiyə ərazisində keçirilməsi nəzərdə tutulurdu.

Sonra Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınçın qurultaya təbriki oxundu.

Daha sonra ənənəvi “Dəmir döymə” mərasimi keçirildi. İlk olaraq zindan üzərinə çəkiclə zərbəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurdu.

Sonra Şimali Kipr Prezidenti Mehmet Əli Tələt, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və başqaları bu missiyanı yerinə yetirdilər.

Qırğızıstanın Baş nazirinin birinci müavini Daniyar Usenov, Qazaxıstanın dövlət katibi Oralbay Abdıkərimov öz ölkələrinin dövlət başçılarının təbriklərini oxudular, türk dünyasının birliyinin bəşəriyyət üçün fayda verəcəyini vurğuladılar.

Daha sonra söz Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana verildi. Qurultayın əhəmiyyətini vurğulayan Baş nazir dedi ki, zəngin təbii ehtiyatları, insan kapitalı, bərəkətli torpağı olan türk dünyası bəşəriyyətin gələcəyi üçün mühüm rol oynayır. Hazırda dünyanın bir çox problemlərlə üzləşdiyini, “soyuq müharibə”dən sonra yeni ictimai-siyasi vəziyyət yarandığını, ayrı-ayrı bölgələrdə münaqişələrin davam etdiyini xatırladan Rəcəb Tayyib Ərdoğan türkdilli dövlətlərin dünyada gedən proseslərdə fəal iştirakının zəruriliyini söylədi. O dedi ki, xüsusilə yerləşdiyimiz regionda baş verən hadisələrə biganə qala bilmərik. Biz ya başqalarının formalaşdırdığı siyasətə məruz qalmaqla passiv ünsürlər olacağıq, ya da bu siyasəti formalaşdıranlar arasında birlikdə yerimizi tutacağıq. Dünya siyasətinin ya obyekti, ya da subyekti olacağıq.

Baş nazir türk dünyasının birliyinin vacibliyini bir daha vurğulayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlatdı, bu birliyin möhkəmləndirilməsi üçün XXI əsrdə yaranmış fürsət və imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyini bildirdi.

Ölkəsinin Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini deyən Rəcəb Tayyib Ərdoğan əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Prezident İlham Əliyevlə müntəzəm görüşlərin keçirildiyini xatırlatdı və bunu örnək kimi dəyərləndirdi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsindəki xidmətlərinə görə Prezident İlham Əliyevə təşəkkür etdi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişinin davam etdiyini və Qars-Axalkalaki-Bakı dəmir yolu layihəsinin tezliklə reallaşacağını söylədi.

Baş nazir türk dünyasının birliyi ilə bağlı bir sıra başqa məsələlərə də toxundu, Kipr və Dağlıq Qarabağ problemlərinin ədalətli həlli üçün birgə fəaliyyət göstərməyin vacibliyini söylədi.

Sonra çıxış edən Şimali Kiprin lideri Mehmet Əli Tələt mədəniyyətlər, dinlər, irqlərarası dialoqun əhəmiyyətindən danışdı, türk dünyası əleyhinə aparılan çirkin təbliğatın qarşısını almaq üçün birgə fəaliyyətin əhəmiyyətini vurğuladı. O, Şimali Kiprə göstərilən köməyə görə təşəkkür etdi. Azərbaycanın dəstəyini yüksək qiymətləndirərək, ilk təyyarə reysinin məhz Azərbaycan tərəfindən açıldığını xatırlatdı. O dedi ki, mən bütün bunlara görə Azərbaycana və onun rəhbərinə dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan Prezidenti İlham Əliyev qurultayda nitq söylədi.

(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

Sonra TÜDEV və TİKA adından Prezident İlham Əliyevə, Şimali Kiprin rəhbəri Mehmet Əli Tələtə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana və başqalarına xatirə hədiyyələri təqdim olundu. Qurultay iştirakçıları birgə xatirə şəkli çəkdirdilər.

Fasilədən sonra qurultay öz işini davam etdirdi.

Monqolustan, Tacikistan, Türkmənistan, Krım, Başqırdıstan, Moldova, Tatarıstan, Çuvaşiya, Qaqauziya, Altay, Dağıstan, Makedoniya, Bolqarıstan, Yunanıstan, Kosova, Rumıniya, Əfqanıstan, İraq, İran və digər ölkələrdən gəlmiş nümayəndələr çıxış etdilər. Gələcəkdə qurultayın iki ildən bir və müxtəlif ölkələrdə keçirilməsinin zəruriliyi vurğulandı.

Sentyabrın 19-da qurultay öz işini davam etdirəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kimlər gəldi, kimlər getdi...

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Qazaxıstanda milli geyimlə dünya rekordu qeydə alınıb

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

Ersin Tatar: ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər

Gürcüstan “Yer saatı” qlobal kampaniyaya qoşulub

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

Almaniya Cənubi Sudandakı səfirliyini bağlayır

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan millisi Haitiyə məğlub olub

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

Bu kənddə at yarışları el bayramına çevrilir

"Roma" almaniyalı müdafiəçi ilə müqaviləni uzatmayacaq

İngiltərə millisinin futbolçusu tarixə düşüb

Naxçıvanda Novruz bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib VİDEO

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Hitrou hava limanı fəaliyyətini tam bərpa edib

Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb

ADSEA Naxçıvanda tədbir keçirib

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri bu gün ikinci dəfə ifadə verib

Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ

Əfsanəvi boksçu 76 yaşında dünyasını dəyişib

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub

Azərbaycan mətbəxi Vyetnamın ilk barbekü festivalında təqdim olunur VİDEO

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb VİDEO

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb VİDEO

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib VİDEO

NBA: “Finiks Sanz” qalib gəlib, "Denver Naqqets" məğlub olub

Lvovda daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib

Trend Aleksandr-Arnold "Liverpul"un yeni müqavilə təklifindən imtina edib

Alatavada fərdi ev yanıb, bir nəfər xəsarət alıb

Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib

Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

Polis ötən gün 18 avtomat, 3 tapança və 5 tüfəng aşkar edərək götürüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Azərbaycanın U-21 millisi bu gün Moldova ilə qarşılaşacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb

Salyanda yol qəzası olub, piyada ölüb

Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq oyunu keçirəcək

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

Yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb

Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib

İsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir

Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək

Astanada genişmiqyaslı Novruz şənlikləri keçirilib

İraqın İstanbuldakı Baş konsulluğuna silahlı hücum olub

Üzeyir Hacıbəylinin 140 illik yubileyi: “Arşın mal alan” operettası Vyanada yenidən səhnəyə qoyulacaq

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Türkiyə Müdafiə Nazirliyi: Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

Misir ildə 2 milyard kilovatsaat enerji istehsal edəcək Külək Elektrik Stansiyasını işə salır

Xaçmazda qaz xətti zədələnib, 13 kəndin mavi yanacaqla təminatında fasilə yaranıb

Görmə məhdudiyyətli uşaqlar üçün Novruz şənliyi təşkil edilib