TÜRKİYƏ ALMAN İŞ ADAMLARININ DİQQƏTİNİ CEYHAN TERMİNALINA YÖNƏLTMƏYƏ ÇALIŞIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər Türkiyə-Almaniya Əməkdaşlıq Şurasının 14-cü iclasında alman iş adamlarını Heydər Əliyev adına Ceyhan terminalına sərmayə qoymağa çağırmışdır.
Türkiyə, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri neft və qaz kəmərləri layihələri haqqında alman iş adamlarına məlumat verən Hilmi Gülər demişdir ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri Ceyhan terminalının dünyanın ən böyük enerji mərkəzlərindən birinə çevrilməsinə səbəb olmuşdur. Azərbaycandan bu kəmər vasitəsilə hər gün 1 milyon barrel xam neft nəql olunur və yaxın vaxtlarda bu rəqəm 1,6 milyon barrelə çatacaqdır. Kərkük-Yumurtalıq boru xətti və gələcəkdə həyata keçiriləcək Samsun-Ceyhan kəməri terminalda böyük canlanma yaradacaqdır ki, bu da yeni emal zavodlarının tikintisini zəruri edir.
Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri layihəsinin də uğurla başa çatdırıldığını, Azərbaycan qazının bu kəmərlə Yunanıstana nəql edildiyini diqqətə çatdıran türkiyəli nazir əlavə etmişdir ki, Türkiyə və Almaniya Nabukko layihəsinin həyata keçirilməsində səylərini birləşdirmişlər.
Nabukko layihəsi Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]