Türkiyə Aralıq dənizində və Kipr adası sahillərində hüquqlarını qoruyacaq
Ankara, 5 may, AZƏRTAC
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Aralıq dənizinin şərq bölgəsində karbohidrogen ehtiyatların işlənilməsi ilə bağlı açıqlamasına kəskin etirazını bildirib.
AZƏRTAC-ın XİN-in rəsmi saytına istinadla verdiyi xəbərə görə, Türkiyə tərəfi bir daha bəyan edib ki, Aralıq dənizinin qərb hissəsindəki fəaliyyətini beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirir. Türkiyə ən uzun su sərhədlərinə malik ölkələrdən biri kimi həm Aralıq dənizində, həm də Kipr adası sahillərində beynəlxalq hüququn müəyyən etdiyi normalar çərçivəsində fəaliyyətini davam etdirəcək.
Açıqlamada həmçinin diqqətə çatdırılır ki, Cənubi Kipr rəhbərliyinin adanın sahil sularında birtərəfli qanunsuz fəaliyyət göstərməyə israr etməsi yolverilməzdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]