Türkiyə və Pakistan arasında hərbi əməkdaşlıq möhkəmlənir
Bakı, 20 aprel, AZƏRTAC
Türkiyə və Pakistan arasında müdafiə sahəsində əməkdaşlıq daha da inkişaf edəcək. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu bəyanat Pakistanın Ravalpindi şəhərində keçirilmiş Pakistan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq Qrupunun üçgünlük iclasından sonra verilib.
Bəyanatda bildirilir ki, iclasda müdafiə sahəsində əməkdaşlığın inkişafı ilə yanaşı, təhlükəsizlik və terrorçuluğa qarşı mübarizə məsələləri də müzakirə edilib. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, general-leytenant Mətin Gurak pakistanlı həmkarları - Birgə Qərargah Komitəsinin rəisi Zubayir Mahmud Həyat və Baş Qərargah rəisi Nədim Raza ilə Əfqanıstan və Yaxın Şərqdəki vəziyyətə dair müzakirələr aparıb.
Tərəflər birgə hərbi təlimlərini keçirilməsi, hərbi texnikanın təkmilləşdirilməsi və qarşılıqlı səfərlərlə bağlı razılıq əldə ediblər.
Pakistan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq Qrupunun növbəti iclasının Ankarada keçirilməsi qərara alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]