Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Tutduğu yola, əqidəsinə sadiq qalan 31 yaşlı “İki sahil”

Bakı, 8 iyul, AZƏRTAC

Hər bir fəaliyyət sahəsində uğurlu başlanğıc, qarşıya qoyulan hədəfə çatmaq istiqamətində atılan hər bir inamlı addım növbəti nailiyyətlərə yol açan başlıca amildir. Bu amili “İki sahil” qəzetinin 31 illik ömür yoluna da şamil edə bilərik. Bu gün qəzet ömrünün gənclik illərinin ən mükəmməl dövrünü yaşayır. Ötən dövrdə “İki sahil” daha da təkmilləşdi, dövrün, zamanın yeni tələblərini özündə, fəaliyyətində əks etdirməyə çalışdı, yarandığı gündən tutduğu yola, əqidəsinə sadiqlik nümayiş etdirən bir mətbu orqan olaraq çağdaş Azərbaycanın media məkanında yerini və mövqeyini möhkəmləndirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin müsahibəsi nəşrin 31 illiyi ilə bağlı açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, hər bir jurnalistin işğal altındakı torpaqlarımızın azad edilməsi xəbərini geniş oxucu auditoriyasına çatdırmaq kimi ümdə arzusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi, torpaq, Vətən sevgisi sayəsində reallığa çevrilib.

Bu gün qəzetin səhifələrində azad Qarabağda, azad Şərqi Zəngəzurda həyata keçirilən nəhəng infrastruktur layihələri, görülən quruculuq işləri, Azərbaycanın uğurlarının zirvəsində dayanan tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında görülən işlər, atılan tərəqqi ruhlu addımların nəticələri ilə bağlı geniş materiallar öz əksini tapır. Biz hədəflərimizə doğru addım-addım irəliləyirik. Artıq bu gün biz torpaqlarımızın işğaldan azad edilməsi müjdəçisi olmaqdan Böyük Qayıdış sevincini çatdırmağa doğru irəliləyirik.

Baş redaktor vurğulayıb ki, “İki sahil” dövlət müstəqilliyini bərpa edən Azərbaycanın uğurlarının bələdçisidir. Bu mühüm məqam qəzetin yarandığı dövrün aydın mənzərəsini təqdim edir. Bu qəzet yarananda Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməmişdi. O illərdə ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. Müstəqil mətbuatın yaranmasından, fəaliyyətindən danışmaq böyük qətiyyət, cəsarət tələb edirdi. Adı ilə tutduğu yolu, məqsəd və məramını açıqlayan qəzet ölkədə baş verən ictimai-siyasi proseslərə də biganə qalmadı. Bütün çətinliklərə baxmayaraq, mətbuatın əsas missiyasını uğurla yerinə yetirdi və fəaliyyətinin ilk günündən başlayaraq geniş oxucu kütləsinin rəğbətini qazandı.

Hazırkı dövrdə dövlətimizin uğurlu siyasəti və bunun nəticəsində əldə olunan nailiyyətlər ölkə ictimaiyyətinə faktlar əsasında çatdırılır. “İki sahil” Azərbaycanın müstəqillik tarixinin hər bir mərhələsinin, dövrünün reallıqlarının güzgüsü ilə yanaşı, carçısı, təbliğatçısıdır. Qəzetin elektron versiyası daim yenilənir, internet televiziyası fəaliyyət göstərir. Zamanın, dövrün tələbləri dəyişsə də, nəşr bu çağırışlara uyğun yeniləşib inkişaf etsə də, tutduğu yola sadiqliyi dəyişməyib. Bir yaşlı “İki sahil” 31 yaşını qeyd edən “İki sahil”ə bu tövsiyəni etmiş və həmin tövsiyələrin nəticələri bugünkü uğurlarımızda əsas rol oynamışdır.

Qəzetin fəaliyyətinin əsas istiqamətinin Heydər Əliyev ideyalarının təbliği olduğunu deyən V.Rəhimzadə vurğulayıb ki, Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının təsis olunması məqsədilə “91-lər”in Ulu Öndərə müraciətindən bu günədək qəzet partiyanın keçdiyi yolun işıqlandırılmasında, cəmiyyətin avanqard qüvvəsi kimi gördüyü işlərin təbliğində fəal iştirak edir. Ötən il Yeni Azərbaycan Partiyasının Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayında dövlətimizin başçısı, YAP-ın Sədri İlham Əliyevin proqram xarakterli çıxışı partiyanın yaranmasından bugünədək keçilən yolun, qarşıdakı hədəflərin təqdimatında əhəmiyyətli rol oynadı. Otuz bir illik yol qət edən “İki sahil” ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının bütün təşəbbüslərini, qərarlarını, partiyanın həyatında əhəmiyyətli rol oynayan qurultaylarını, şəhər və rayon təşkilatlarının fəaliyyətini, keçirdikləri silsilə tədbirləri, ən əsası ölkəmizin həyatında əhəmiyyətli rol oynayan seçkilərdə Yeni Azərbaycan Partiyasının hazırlıq mərhələsindən başlamış səsvermə prosesinə qədər fəaliyyətinin bütün məqamlarını geniş şəkildə işıqlandırır, YAP-ın qələbə, ümumxalq, gənclər partiyası kimi nüfuz qazanmasını konkret faktlar əsasında ölkə ictimaiyyətinə çatdırır. Qəzet Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu, tarixin sınaqlarından şərəflə çıxaraq cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsini, YAP-a xidmət etməyin xalqa, dövlətə xidmət etmək olduğunu əsaslı şəkildə analitik yazılar, partiyanın yarandığı dövrün şahidlərinin vasitəsilə indiki və gələcək nəsillərə çatdırılmasına səy göstərir. Kollektivimiz Azərbaycanın dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarının təbliğatçıları olmaqdan şərəf duyur.

Kollektivdə gənclərin roluna da toxunan baş redaktor deyib ki, bütün dövrlərdə gənclərin potensial imkanlarından, müasir dünyagörüşlərindən, yeniliyə, təkmilləşməyə daha çox maraq göstərərək ortaya qoyduqları yeni ideyalardan bəhrələnməyə xüsusi diqqət göstərilir. Bu gün kollektivdə böyüklərin təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdət yaradılır. Bu isə öz növbəsində qəzetin fəaliyyətində uğurlara yol açır, internet televiziyasının inkişafında, qəzetin elektron versiyasının təkmilləşməsində, yeniləşməsində, bununla da hər yaşda oxucularımızın, izləyicilərimizin informasiya tələbatını ödəməyimizdə özünü aydın şəkildə büruzə verir.

Ölkəmizdə azad mətbuatın inkişafı istiqamətində davamlı addımlar atıldığını, mətbuatın inkişaf səviyyəsinin dövlətin inkişafının göstəricisi olduğunu diqqətə çatdıran Vüqar Rəhimzadə bildirib ki, dövlətə, xalqa xidmətdən şərəf duyan, qərəzsizliyi, obyektivliyi, vətənpərvərlik kimi prinsipləri fəaliyyətlərinin önündə saxlayan “İki sahil”çilər dövlətimizin başçısı İlham Əliyevin “Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq” tezisini əsas tutaraq gələcəyə, yeni hədəflərə doğru inamla addımlayırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib  YENİLƏNİB VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib  YENİLƏNİB VİDEO

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Elşad Əsgərov: Qafqazda yalnız Azərbaycan ərazisində bəbir balalarının dünyaya gəlməsi müşahidə olunub

“Azərkosmos” Çinin “Star.vision” şirkəti ilə memorandum imzalayıb

Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub

Baş prokuror Lerik rayonunda vətəndaşları qəbul edib

® “Qızlara ağ yaraşır” layihəsi daha bir beynəlxalq festivalın qalibi oldu

Elşad Əsgərov: Azərbaycanda bəbir populyasiyasının bərpası istiqamətində məqsədyönlü işlər görülür VİDEO

Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb

8 Noyabr prospektində istismar müddətini başa vurmuş içməli su və kanalizasiya xətləri yenilənir

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Müdafiə naziri Belarusda keçirilən tədbirlərdə iştirak edib

Paytaxta külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanılıb

“Philips” şirkətinin istehsal etdiyi texnoloji avadanlıqların Azərbaycan səhiyyəsində tətbiqi müzakirə olunub

Ermənistan hərbçisi naməlum səbəbdən aldığı güllə yarasından ölüb

Külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kollegiyasının 2013-cü il 27 fevral tarixli Q/01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Sumqayıtın Dənizkənarı bulvarında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Nazir Məcnun Məmmədov Şabranda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Üçüncü İpək Yolu Beynəlxalq Gənclər Fotoqrafiya və Qısa Video Müsabiqəsi müraciətlər üçün artıq açıqdır

Metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin tənzimlənməsi barədə
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının QƏRARI

ADPU-da “SABAH” qruplarında tədrisin təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilir

Azərbaycanın mötəbər tədbirlərdə iştirakı prioritetlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir ŞƏRH

A.Mirzoyan: Ermənistan Azərbaycan ilə nəqliyyat kommunikasiyalarının tam açılmasında maraqlıdır

“Pensiya kalkulyatoru” e-xidmətinə 3,3 milyondan çox müraciət olub