DÜNYA
“Twitter”də Maykl Ceksonun yeni klipi təqdim olunacaqdır
Bakı, 14 avqust (AZƏRTAC). Mərhum pop musiqisi kralı Maykl Ceksonun yeni klipi videomusiqi tarixində yeni səhifə açacaq “Michael Jackson World Network” resursu xəbər verir ki, “A Place With No Name” mahnısının videolenti əfsanəvi müğənninin pərəstişkarlarına avqustun 13-də “Twitter” mikrobloqları vasitəsilə təqdim olunub. Eyni zamanda videoçarx Nyu-Yorkun “Tayms” bağındakı böyük ekranda translyasiya edilib. Bu çarx premyerası “Twitter”də baş tutan ilk musiqi klipi olacaqdır.
Videoçarxın rejissoru “Rolling Stones” və “Nirvana” kimi işləri ilə tanınmış klipmeyker Semuel Beyerdir. “A Place With No Name” Ceksonun vəfatından sonra onun cari ilin mayında buraxılmış yeni “Xscape” albomundan sonra ikinci sinqli olacaqdır.
“A Place With No Name” kompozisiyası America qrupunun məşhur “A Horse With No Name” xitinin remeykidir. Cekson bu treki 1998-ci ildə reper Dr Frize ilə birlikdə yazmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]