CƏMİYYƏT
Üç yol-nəqliyyat hadisəsində dörd nəfər ölmüşdür
Bakı, 27 yanvar (AZƏRTAC). Kürdəmir rayonunun ərazisində Dəyirmanlı kənd sakini Mahir Mürsəlovun idarə etdiyi “VAZ-2107” və Goranboy rayon sakini Namiq Baxşəliyevin idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Mürsəlov və sərnişini Ədibə Babayeva hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri - qızı Ayşən, Nazilə və Güldanə Mürsəlovalar isə xəstəxanaya yerləşdirilmişlər, vəziyyətləri orta-ağırdır.
İsmayıllı rayonun ərazisində Tural Bədəlov idarə etdiyi “VAZ-21074” markalı avtomaşını yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişinlər İlkin Səlimov, Səbuhi Umudov isə xəstəxanaya yerləşdirilmişlər.
İmişlidə isə Həsən Mustafayevin idarə etdiyi “Mercedes” maşın və Tofiq Məmmədovun idarə etdiyi “Yupiter” markalı motosiklet toqquşmuşdur. Nəticədə T.Məmmədov hadisə yerində ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi başlanmışdır, araşdırmalar davam etdirilir.