Ukraynada “yanğın terroru”: ilin əvvəlindən bu günədək 600-dən çox insan ölüb
Kiyev, 18 mart, AZƏRTAC
2018-ci ilin əvvəlindən bu günə kimi Ukraynada baş verən yanğın nəticəsində 600-dən çox insan ölüb, 350 nəfər isə xəsarət alıb. Bu barədə AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən məlumat verir.
Hesabat dövründə Ukraynada 9562 yanğın hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 469 nəfər xilas edilib. Təkcə ötən həftə ərzində Ukraynada yanğın nəticəsində 50-yə yaxın insan həyatını itirib.
Dövlət Xidməti ölümlə nəticələnən yanğın hadisələrinin artmasından narahatlığını ifadə edib və sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]