DÜNYA
Ukraynanın Donetsk vilayətində Malayziya aviasiya xətlərinin sərnişin təyyarəsi qəzaya uğrayıb
Kiyev, 17 iyul (AZƏRTAC). “Malaysia Airlines” şirkətinə məxsus olan “Boinq-777” sərnişin təyyarəsi Ukrayna ərazisində yerə çırpılıb. Bu barədə AZƏRTAC “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir.
Ukraynanın hüquq mühafizə orqanlarından bildiriblər ki, Malayziya aviaxətlərinin Amsterdam - Kuala-Lumpur reysini yerinə yetirən təyyarəsi Rusiyanın hava məkanına girməyə 50 kilometr qalmış enməyə və nəticədə Ukrayna ərazisində yerə çırpılaraq yanmağa başlayıb.
Təyyarə 10 min metr yüksəklikdə radarlardan itib, sonra da Ukraynanın Donetsk vilayətinin Şaxtyorsk şəhəri yaxınlığında yerə düşüb.
Mənbənin verdiyi məlumata görə, təyyarədə 280 sərnişin və 15 nəfər heyət üzvü olub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev