Uşaqlarla nağıllar aləminə səyahət
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanası “Play Arena” məktəbəqədər tərbiyə müəssisəsində “Ucadan oxu” saatı keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın əməkdaşları balacalara “Şir və dovşan”, “Qarışqa və böcək” nağıllarını oxuyublar.
Tədbirdə uşaqlar şeir söyləyib, mahnı ifa ediblər.
Sonda kiçikyaşlı oxuculara uşaq yazıçısı Gülzar İbrahimovanın “Ciddi ol!” yumoristik kitabı hədiyyə olunub.