CƏMİYYƏT
Valentina Antonenko: Azərbaycan dövləti İrpen şəhərinin inkişafına hər zaman öz töhfəsini verir
Kiyev, 13 yanvar, AZƏRTAC
Azərbaycan dövləti İrpen şəhərinin inkişafına hər zaman öz töhfəsini verir. Mənim fəaliyyətimə verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Bu fikri AZƏRTAC-a Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunan Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına 12 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Valentina Antonenko deyib.
“İrpen şəhəri Azərbaycanla Ukrayna arasında sarsılmaz dostluq körpüsüdür. Bu şəhərdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan istirahət parkı, mərkəzi küçə və orta məktəb mövcuddur. Azərbaycan dövləti həmişə orta məktəbin inkişafı üçün öz dəstəyini əsirgəmir. Azərbaycanın Ukraynadakı səfirliyi də bu işdə aktivlik göstərir”, - deyə V.Antonenko əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev