Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vaşinqtonda “Azərbaycan və Avropaya “Cənub dəhlizi” layihəsi: ABŞ və Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti” mövzusunda “dəyirmi masa” keçirilmişdir

Vaşinqton, 14 sentyabr (AZƏRTAC). Sentyabrın 13-də Karnegi Fondunun binasında “Azərbaycan və Avropaya “Cənub dəhlizi” layihəsi: ABŞ və Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

Ceymstaun fondunun prezidenti Qlen Hovard tədbiri giriş sözü ilə açaraq, “Cənub dəhlizi” layihəsi haqda, onun iştirakçı ölkələr və korporasiyalar üçün əhəmiyyəti barədə qısa məlumat vermişdir. Sonra müxtəlif şirkətləri, elmi tədqiqat mərkəzlərini və ABŞ-ın administrasiyanı təmsil edən ekspertlər iki panel iclasında təqdimatlar keçirmişlər.

“Azərbaycan, Avropa İttifaqı və Avropaya qaz dəhlizi” adlanan birinci paneldə Ceymstaun fondunun böyük elmi işçisi Vladimir Sokor “Azərbaycanın Transanadolu qaz kəməri layihəsi: “Cənub dəhlizi”nin təməli və yeni tendensiyalar” mövzusunda, ARDNŞ-in ABŞ-dakı nümayəndəliyinin direktoru Rauf Məmmədov “Cənub qaz dəhlizi: ARDNŞ-in mövqeyi”, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Gülmirə Rzayeva “Cənub dəhlizi” layihəsində Azərbaycanın artan rolu” mövzusunda məruzələrlə çıxış etmişlər.

V.Sokor öz məruzəsində qeyd etmişdir ki, “Cənub dəhlizi” layihəsi Azərbaycan hökumətinin sayəsində mümkün olmuşdur. Ekspert vurğulamışdır ki, Transanadolu qaz kəməri (TANAP) bütün “Cənub dəhlizi” layihəsinin təməli və İtaliyaya gedən qaz kəmərlərinin birləşdirilməsində əsas vəsilədir. V.Sokor demişdir: Beləliklə, Transadriatik qaz kəməri (TAP) Transanadolu qaz kəmərinin “balasıdır”, gələcəkdə TAP qaz kəmərindən çəkiləcək birləşdirici qaz kəmərlərinin layihələri isə onun “nəvələri” olacaqdır”.

V.Sokor demişdir ki, bu layihənin həyata keçirilməsi Azərbaycanın yetkinliyini göstərir. O, istər bu layihənin təməlinin yaranmasında, istərsə də layihənin inkişaf müddətinin strateji planlaşdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolunu xüsusi vurğulamışdır.

Sonra ARDNŞ-in ABŞ-dakı nümayəndəliyinin direktoru Rauf Məmmədov çıxış etmişdir. O, auditoriyada toplaşanlara Azərbaycanın təkcə özünün gələcəyinə deyil, həmçinin iştirakçı ölkələrin iqtisadi inkişafına sanballı töhfələri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu layihənin həyata keçirilməsi ilə əlaqədar təkcə Yunanıstanda iki minə qədər iş yeri açılacaq, dolayısı ilə layihəyə aidiyyəti olan on min əlavə iş görüləcəkdir. ARDNŞ-in ABŞ-dakı nümayəndəliyinin direktoru qeyd etmişdir ki, bu layihə Albaniyanın bütün iqtisadi inkişafı tarixində ölkə iqtisadiyyatına ən iri xarici sərmayə qoyuluşunu təmin edəcəkdir.

Birinci panel iclasının sonunda çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Gülmirə Rzayeva tədbir iştirakçılarının diqqətini Transadriatik qaz kəmərinin təyinat ölkəsi olan İtaliyaya cəlb etmişdir. İtaliya Avropanın qaz bazarında üçüncü ən iri ölkədir. G.Rzayeva İtaliya ilə bağlı potensial layihələrin vəziyyətini təsvir edərək bildirmişdir ki, Azərbaycan qazını İtaliyaya nəql edəcək Transadriatik qaz kəməri Avropanın qazla təchizatının şaxələndirilməsinə şərait yaradacaqdır. Hazırda İtaliya Əlcəzairdən, Liviyadan və Rusiyadan qaz alır. G.Rzayevanın sözlərinə görə nəzərdə tutulur ki, 2018-2019-cu illərdə Avropa qitəsində qaz kəmərləri və enerji qovşaqları şəbəkəsi daha da təkmilləşdiriləcək, bu isə həmin resursların İtaliyadan nəqlini sürətləndirməyi təmin edəcəkdir.

“Transadriatik qaz kəməri: Cənub-Şərqi Avropa və Şərqi Aralıq dənizi bölgəsi üçün əhəmiyyəti” mövzusuna həsr edilmiş ikinci paneldə bp şirkətinin beynəlxalq münasibətlər üzrə direktoru Qreq Sanders “Şahdəniz və “Cənub dəhlizi”: yeni tendensiyalar və təchizat müddətləri” mövzusunda, “Energy Stream CMG GmbH” şirkətinin prezidenti Entoni Livanios “Transadriatik qaz kəməri layihəsi reallaşdırılmağa başlayandan sonra “Cənub dəhlizi”: şərqi Aralıq dənizi ölkələri üçün nəticələri”, Ceymstaun fondunun Balkanlar, Qafqaz və Mərkəzi Asiya üzrə proqramlarının direktoru Marqarita Assenova “Bolqarıstanda siyasi dəyişikliklər və Cənub-Şərqi Avropada enerji siyasəti” mövzusunda məruzələrlə çıxış etmişlər.

Q.Sanders təqdimat zamanı 1800-cü illərdə Azərbaycanda neftçıxarma sahəsinin yaranması, “Əsrin müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan layihəsinin Qərb üçün əhəmiyyəti barədə danışmışdır. O qeyd etmişdir ki, ekspertlərin ehtimalına görə qarşıdakı 20 il ərzində enerji resurslarına tələbat 40 faiz artacaqdır, bu, “qida tələb edən daha bir Amerianın və Çinin əlavə edilməsi” ilə müqayisə oluna bilər. Q.Sanders demişdir: “Avropaya Azərbaycan qazı axınının davamlı olmasını sığortalamaq Avropa üçün strateji əhəmiyyətli məsələdir”.

Entoni Livanios öz çıxışında bu layihənin həyata keçirilməsində Azərbaycanın mühüm rol oynadığını vurğulamışdır.

Marqarita Arsenova Bolqarıstanda siyasi reallıqlar və ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində onun hökumətinin fəallığının azalması barədə söhbət açmışdır.

Tədbirin sonunda Avropa İttifaqının ABŞ-dakı nümayəndəliyinin energetika, nəqliyyat və ətraf mühit departamentinin rəhbəri Kristian Berqsmüller “Avropa İttifaqının enerji təhlükəsizliyi və “Cənub dəhlizi”, ABŞ-ın dövlət departamentinin enerji diplomatiyası üzrə katibinin köməkçisinin müavini Amos Xoçstayn “ABŞ-ın “Cənub dəhlizi” layihəsinə dair mövqeyi” və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda beynəlxalq müdafiə Araşdırmaları Mərkəzinin direktoru olan Mətyu Brayzə “Transadriatik qaz kəməri və “Cənub dəhlizi” layihəsi: bu, ABŞ-ın siyasi kursunun qələbəsidirmi?” mövzusunda məruzələrlə çıxış etmişlər.

Kristian Berqsmüller öz çıxışında qeyd etmişdir ki, energetik məhsul bazarlarında yeni alternativlər yaranmasına baxmayaraq, təbii qaz Avropa İttifaqının enerji balansının ən mühüm hissəsi kimi qalacaqdır.

Amos Xoçstayn Avropa bazarı üçün Azərbaycanın əhəmiyyəti və hələ prezident Klinton administrasiyası dövründən Azərbaycana ABŞ tərəfindən davamlı dəstək verilməsi barədə danışmışdır.

Mətyu Brayzə öz növbəsində, “Cənub dəhlizi” layihəsinin həyata keçirilməsinə dair sazişi Azərbaycanın, Avropanın və ABŞ-ın qələbəsi adlandırmışdır. M.Brayzə qeyd etmişdir ki, belə layihələrin həyata keçirilməsi “Azərbaycanın müstəqilliyi üçün oksigen” kimidir. O, Qərbə istiqamətlənmiş enerji layihələrinin təməlinin qoyulmasında Prezident Heydər Əliyevin xüsusi rolunu vurğulamışdır.

“Dəyirmi masa” panellərinin moderatorları Ceymstaun fondunun prezidenti Qlen Hovard və region üzrə ekspert Aleksandros Piterson idi.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir