Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Venesiya Biennalesi” çərçivəsində Azərbaycan pavilyonunda iki sərginin açılışı olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib

Venesiya, 7 may, AZƏRTAC

Mayın 6-da 56-cı “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) dəstəyi ilə Azərbaycan pavilyonunda iki sərginin açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.

“Venesiya Biennalesi” bütün incəsənət xadimləri və həvəskarları üçün səbirsizliklə gözlənilən hadisədir. Çünki bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur. Noyabrın 22-dək davam edəcək sərgidə onlarla ölkə öz pavilyonunu təqdim edir. Azərbaycan pavilyonu şəhərin ən izdihamlı məkanlarından birində - “Kampo Santo Stefano”dakı XIV əsrə aid “Lezze” Sarayında yerləşir. Azərbaycan pavilyonunda təşkil olunan sərgi “Hüdudları aşaraq” adlanır.

Əvvəlcə mərasimə toplaşanlara Azərbaycan milli musiqisinin müşayiəti ilə rəqs nömrələri təqdim olundu.

Sərginin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq 56-cı “Venesiya Biennalesi”ndə iştirak etməkdən məmnunluğunu bildirdi və Azərbaycan rəssamlarının təmsil olunduğu “Hüdudları aşaraq” sərgisinin əhəmiyyətinə toxundu:

- Pavilyondakı əsərlərdə XX əsrin ortalarında sovet rejiminin kölgəsində qalmış rəssamların ruhu əks olunur. Pavilyon bizi Azərbaycan tarixinin vacib məqamına gətirib çıxarır və həmin ərəfədə susdurulmuş və ya məhəl qoyulmamış rəssamlara sanki səs verir. 1918-ci ildə biz ilk dəfə müstəqilliyimizi qazandıq və həmin dövrdə qadınlara səsvermə hüququ verildi və onlar parlamentə seçildilər. Həmçinin müsəlman Şərqində ilk opera və balet Azərbaycanda səhnəyə qoyuldu. Bundan sonra isə artıq mürəkkəb və füsunkar mədəni quruluşumuza yeni təbəqə əlavə etmiş sovet dövrü başladı. Bu gün biz ilk dəfə həmin ərəfədə işlənilmiş bəzi möhtəşəm incəsənət işlərinin nümayiş olunduğunu görə bilərik. Mən zamana bağlı olmayan bir incəsənətin yaradılmasının bugünkü meyillərlə ayaqlaşmadığına, səmimiyyət və dərin düşüncənin incəsənət əsərlərinin yaradılması ilə əlaqəli olduğuna həqiqətən də inanıram. Azərbaycan rəssamları, hətta ətrafındakılar onları dayandırmağa çalışsalar belə, bunu uzun illər boyunca ediblər. Ümid edirəm, bu sərgini dolaşanda siz bu rəssamların səslərini eşidəcək və razılaşacaqsınız ki, onların incəsənəti zamanın sınağından keçib.

Venesiyada təşkil olunan “Vita Vitale” sərgisinin ideyasının təbiətin mühafizəsi ilə sıx bağlı olduğunu deyən Heydər Əliyev Fondunun vitse-prezidenti qarşılaşdığımız ekoloji problemlərin incəsənətin dili ilə çatdırılmasının əhəmiyyətindən danışdı, bu sərginin İDEA laboratoriyası tərəfindən təşkil edilməsindən şad olduğunu bildirdi. Rəhbərlik etdiyi İDEA-nın fəaliyyəti və həyata keçirdiyi layihələri barədə məlumat verən Leyla Əliyeva ölkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı görülən tədbirlərdən də danışdı.

Sərginin kuratoru Simon de Püri bu yeni layihə üzərində Heydər Əliyev Fondu ilə birgə işləməkdən şərəf duyduğunu bildirdi. O, ötən illərdə Fondun təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil olunmuş “Bakıya uçuş” sərgilərində iştirak edən Azərbaycan rəssamlarının əsərlərinin artıq dünya miqyasında tanındığını diqqətə çatdırdı. Vurğuladı ki, “Hüdudları aşaraq” sərgisi ötən əsrin 60-cı, 70-ci və 80-ci illərində Azərbaycanda yaşamış və fəaliyyət göstərmiş, lakin unudulmuş rəssamların yenidən kəşf olunmasına böyük təkan verir.

Artıq beşinci dəfə “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisinə qatılan Azərbaycanın pavilyonundakı “Hüdudları aşaraq” sərgisində yeddi rəssamın - Əşrəf Muradın, Cavad Mircavadovun, Tofiq Cavadovun, Rasim Babayevin, Fazil Nəcəfovun, Hüseyn Haqverdinin və Şamil Nəcəfzadənin əsərləri təqdim olunur. “Venesiya Biennalesi” vasitəsilə geniş tamaşaçı auditoriyasına təqdim olunan bu əsərlər XX əsrin repressiv sovet rejiminin kölgəsində qalan rəssamların və onların əsərlərinin ruhunu, azadlıq eşqini işıqlandırır. O vaxtlar kommunist ideologiyasına qarşı çıxan, “üsyankar” mövqelərini bildirmək istəyən rəssamların sərgiləri təşkil edilmir, onlar hətta ölkədən kənara çıxa bilmirdilər. “Hüdudları aşaraq” sərgisi isə indiyədək qaranlıqda qalan rəssamların sarsılmayan ruhlarını, onların sənət dünyasını nümayiş etdirir.

Qeyd edək ki, “Venesiya Biennalesi” müasir incəsənət sahəsində dünyanın nüfuzlu sərgisi hesab olunur. Bu sərgi müasir incəsənət əsərlərini görmək, öz yaradıcılığını təqdim etmək, incəsənət xadimləri ilə görüşmək və müasir meyillərin müzakirəsi üçün geniş imkan yaradır. Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Bunlardan biri də ölkəmizin “Venesiya Biennalesi”ndə iştirakı layihəsidir.

Daha sonra “Venesiya Biennalesi” çərçivəsində “Vita Vitale” beynəlxalq sərgisinin də açılışı oldu.

Heydər Əliyev Fondunun və İDEA-nın birgə təqdim etdikləri bu sərgi müxtəlif ölkələrin planetin taleyindən narahatlıqlarını əks etdirən rəssamlarını bir araya gətirir. Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Belə ki, “Vita Vitale”də Edvard Burtinski, Mirça Kantor, Loris Çekkini, Toni Kreqq, Laura Ford, Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol və digər məşhur rəssamların əl işləri yer alıb. Bu sərgi ekoloji problemlərlə mübarizə aparan rəssamların nəzər nöqtələrini ortaya qoyur. Burada təkcə Azərbaycanın deyil, bütün planetin keçmişini, bu gününü və gələcəyini təyin edən sosial və ətraf mühit məsələləri ilə bağlı rəssamların düşüncələri işıqlandırılıb. “Vita Vitale” sərgisinin ideyalarına tam cavab verən İDEA laboratoriyası bizim təbiətlə gələcək əlaqələrimizi formalaşdırmağa yönəlmiş iddialı və uzun müddətli layihələrin təkmilləşdirilməsi üçün bir məkan rolunu oynayır. Davam etməkdə olan tədqiqatları stimullaşdırmaqla bu məkan bir sıra önəmli təşəbbüslərə töhfə verir.

Xatırladaq ki, bundan əvvəl 55-ci “Venesiya Biennalesi”ndəki “Ornamentlər” adlı Azərbaycan pavilyonunda ölkəmiz altı rəssamla təmsil olunurdu. Builki tədbirə 89 ölkə öz milli pavilyonları və 44 sərgi ilə qatılıb.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Venesiya

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB

Azərbaycan parlamentində İran Prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

ATMU nümayəndələri məktəblərdə təqdimatlar ediblər

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilib

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb

Samur çayı üzərində Azərbaycan ilə Rusiya arasındakı avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşir

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim keçirilib

Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Şəhidin həyat yoldaşı: Təskinlik tapırıq ki, ziyarət edəcəyimiz yer var

Azərbaycan və Qazaxıstan dəniz gəmilərinin heyət üzvlərinin diplomları qarşılıqlı tanınacaq

Dünya çempionu: Milli komandamızın Parisdə də yaxşı nəticələr qazanacağına ümid edirəm

Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıqla bağlı sazişə dəyişikliklər edilib

Evdə sosial xidmət göstərilən ahıl vətəndaşın 100 illiyi qeyd edilib

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq

Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib

“Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” - beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Alman iqtisadçılarının proqnozları bədbindir

® “STP Şirkətlər Qrupu” Qarabağ bölgəsində qurulan yeni stansiyanı avadanlıqla təchiz edib

AMB: Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb

SXA-nın Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin beş yetirməsinə təhsil proqramı və kompüterlər hədiyyə edilib

Xalq artisti Azər Zeynalov “Gəncəyə gəlirəm” adlı solo konsert proqramı ilə çıxış edib

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib

Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir

Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

FAO-nun Azərbaycandakı nümayəndəsi: Dünyada bitkilərin sağlamlığı çox ciddi problemlərlə üz-üzədir

DİN: Paytaxt və bölgələrdə keçirilmiş əməliyyatlar nəticəsində 46 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilib

Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib

FAO-nun nümayəndəsi: Müasir həyat tərzimiz bitkilər və onların rifahı üçün təhlükə yaradır

Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir

Nazir müavini: Ölkədə Eldar şamı və zeytun ağaclarında xəstəliklərin miqyasının genişlənməsi müşahidə edilir

Qazaxıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Ötən il fitosanitar sabitliyin təmin edilməsi məqsədilə 636 min hektar sahədə müşahidə aparılıb

Peruda yol-nəqliyyat qəzası nəticəsində səkkiz nəfər ölüb

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı imtahanın vaxtı açıqlanıb

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib

Mirzə Bala Məhəmmədzadənin “Seçilmiş əsərləri” çapdan çıxıb

® Kredit öhdəliyini “Kapital Bank”a gətirənlər üçün əlverişli təkliflər davam edir

“Formula 1”: Məktəblilər Azərbaycan Qran-Prisinə hazırlıq prosesi ilə tanış olublar

Mayın 21-i Beynəlxalq Çay Günüdür

“AzerGold”un yeni qızıl sikkə kolleksiyası İçərişəhərə həsr olunub

ŞKTR-in naziri: Azərbaycan parlamenti Lefkoşanın təcridinə son qoyulması istiqamətində mühüm addım atıb

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentdə müzakirəyə çıxarılıb

Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş konfrans keçirilib

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

Azərbaycan Ordusunun hərbi qulluqçuları “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqları icra ediblər VİDEO

Naxçıvanda əmək yarmarkasına 280-dən çox vakansiya çıxarılıb

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir

Baş məşqçi: Hidayət Heydərov dünya çempionluğuna layiq idi

Lətif Qasımov: Bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib

Türkiyənin dövlət strukturlarında fəaliyyət göstərən 44 FETÖ üzvü saxlanılıb

Hidayət Heydərov: Hələ özümə gəlməmişəm, dünya çempionu olduğuma inana bilmirəm

Bakı Mühəndislik Universiteti Türk Universitetlər Birliyinə üzv olub

“Azərişıq” Şəki və Balakəndə elektrik şəbəkəsini yeniləyir

Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı məlumatlandırılıb

DİN: Ötən gün 4 tüfəng təhvil götürülüb

Rusiya İranda baş vermiş helikopter qəzasının təhqiqatında iştirak etməyə hazırdır

Azərbaycan - Kərkük ədəbi əlaqələri yeni müstəvidə

BMT: Baş katib Azərbaycanla Ermənistan arasında normallaşma prosesini yaxından izləyir - EKSKLÜZİV

Milli Məclis 11 məsələnin müzakirəsinə başlayıb

Bu gün Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür

“Ağalı” hoteli bölgədə turizmin inkişafına təkan verəcək

Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır, 4-ü medal qazana bilər

Çexiyada göy öskürəyə 15 minə yaxın yoluxma halı qeydə alınıb

Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür

Hər il bitki zərərvericiləri və xəstəlikləri kənd təsərrüfatı məhsullarının 40 faizinin itkisinə səbəb olur

Qoşqar Təhməzli: “Bitki sağlamlığı haqqında” qanun layihəsi razılaşdırılması üçün digər qurumlara göndərilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

AQTA sədri: Ötən il bitki sahəsində ixracatçı ölkələrə 829 bildiriş göndərilib

Dünya Təhsil Forumu çərçivəsində ikitərəfli görüşlər keçirilib

Azərbaycan paraatletləri dünya çempionatında 3-cü qızıl medalı qazanıblar

Bakıda “Yaşıl Dünya Naminə” Bitki Sağlamlığı Forumu keçirilir

Dünya birjalarında neft ucuzlaşıb

İranda prezident seçkiləri iyunun 28-də keçiriləcək

ADAU-da Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir keçirilib

İlk mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfər köçürüləcək

Azərbaycan neftinin bahalaşması davam edir

Tarixin ən bahalı numizmatika kolleksiyası hərraca çıxarılır

Neftçalada narkokuryer saxlanılıb

Sabah müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başa çatır

“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti Çində səfərdədir

Sabirabadda oğurluqda şübhəli bilinənlər saxlanılıb

30 il ərzində Xəzər dənizi iki metrdən çox dayazlaşıb

ABŞ-da “Tesla Model X” elektromobillərinin təhlükəsizlik kəmərlərinə görə yoxlanılması başa çatıb

Türkiyədə arxeoloqlar ilahə Higeyanın heykəlinin başını aşkar ediblər

Yaşar Gülər: Müdafiə sənayesi məhsullarının istehsalı Türkiyə üçün həyati vacib məsələdir

Yeni Kaledoniyada polisləri hərbçilər əvəz edəcək

“Google” Finlandiyada məlumat mərkəzini genişləndirmək üçün 1,1 milyard dollar xərcləyəcək