CƏMİYYƏT
Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi 78997 müraciəti cavablandırıb
Bakı, 18 iyul (AZƏRTAC). 2014-cü ilin birinci yarısında Vergilər Nazirliyinin “195” Çağrı Mərkəzinə daxil olmuş 78997 müraciət cavablandırıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müraciətlər əsasən elektron xidmətlər (19,1 faiz), o cümlədən elektron imza (6,4 faiz), vergi növlərinin tətbiqi (16,8 faiz), qeydiyyat (14,7 faiz), hesabatlar (11,8 faiz), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (4,3 faiz) barədə olub.
Vətəndaşların müraciətlərinin 96,4 faizi müfəttiş-operatorlar tərəfindən dərhal, araşdırma tələb edən sorğu xarakterli müraciətlər isə orta hesabla 2,6 gün ərzində cavablandırıb. Vergi ödəyiciləri vergi borcu və vergi növləri barədə məlumat almaq üçün səsli menyu xidmətindən 11710 dəfə istifadə ediblər.
Birinci yarımillikdə vergi bəyannamələrinin 92,4 faizi elektron qaydada təqdim olunub.