Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Vüsal Qasımlı: Cari ildə Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb YENİLƏNİB VİDEO

Vüsal Qasımlı: Cari ildə Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb YENİLƏNİB  VİDEO

Bakı, 26 dekabr, AZƏRTAC

Dekabrın 26-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, V.Qasımlı cari ildə Azərbaycanda ÜDM-in artımının son 5 ildə ilk dəfə 2 faizi ötdüyünü, qeyri-neft ÜDM-in istehsalının isə 3,5 faiz, yəni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olduğunu bildirib. Deyib ki, biznes islahatları təklifi, inqilabi sosial paket tələbi, idarəetmə islahatları institutların səmərəliliyini çoxaltmaqla, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayənin böyüməsi şəraitində iqtisadi artım sürətlənir. Bu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverləri üzrə artım qeyri-neft sənayesində 13,9 faiz, bitkiçilikdə 11,3 faiz, informasiya və rabitə xidmətlərində 15,9 faiz və turizmdə (turistlərin say artımı) 11,1 faiz olub. İqtisadi artımın 2020-ci ildə son 6 ildə ilk dəfə olaraq 3 faizə çatması, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə 3,1 faiz və 2023-cü ildə 3,2 faiz olacağı proqnozlaşdırılır. Azərbaycanın ticarət tərəfdaşları olan ölkələrdə iqtisadi artımın orta hesabla cari ildə 1,3 faiz, 2020-ci ildə isə 2,5 faiz (qeyri-neft ixrac çəkili) olacağı proqnozu və neftin qiymətinin makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan çox olması da aparılan islahatlarla birlikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək.

“Bu ilin ilk 11 ayında dövlət büdcəsinin profisiti 957 milyon manata çatıb, ticarət balansında 6 milyard ABŞ dolları müsbət saldo yaranıb. Strateji valyuta ehtiyatları 50 milyard dollara çatmaqla 37 aylıq mal və xidmət idxalına kifayət edir, xarici borcu isə 6 dəfə üstələyir. 2019-cu ildə inflyasiya 2,6 faiz olmaqla illik hədəfdən az olub. Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb, Ukrayna qrivnası, Rusiya rublu və yapon yeninə qarşı isə ucuzlaşıb, ən əsası ABŞ dolları ilə məzənnəsini sabit saxlayıb. Real effektiv məzənnənin ucuzlaşması isə qeyri-neft ixracını stimullaşdırıb. Qeyri-neft ixracı 16 faiz artıb”, - deyə o bildirib.

Qeyd olunub ki, vergi-gömrük islahatları və kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində dövlət büdcəsinə 2019-cu il ərzində proqnozdan əlavə 1 milyard manat daxil olub. Dövlət büdcəsinin artan imkanları hesabına həyata keçirilən sosial islahat paketi 4,2 milyon nəfəri əhatə etməklə 2,3 milyard manata başa gəlib. Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri bu ilin ilk 10 ayının nəticələrinə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11 faiz çoxalıb.

V.Qasımlı diqqətə çatdırıb ki, 2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb. Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkədən biri olan Azərbaycanın kredit reytinqini “Moody’s” sabit “Ba2” səviyyəsində müəyyənləşdirib, “Fitch” isə bu reytinqi təsdiqləyib. Bu il Beynəlxalq İnkişaf Assosiasiyası Azərbaycana rəsmi olaraq beynəlxalq aləmdə donor ölkə statusu verib.

“Eyni zamanda, cari ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. Azərbaycanın artan təbii qaz hasilatı Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstanın, Türkiyənin və Avropanın enerji təhlükəsizliyində rol oynayacaq. SOCAR-ın Karbamid zavodu, “Qobu Park 2” yaşayış kompleksi, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Xidmətləri Məkanı, “Laçın” tankeri, “Azərxalça”nın filialları, Biyan Sənaye Mərkəzi və sair bu il istifadəyə verilən mühüm obyektlər oldu”, - deyə İİTKM-in icraçı direktoru qeyd edib.

V.Qasımlının sözlərinə görə, bu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard dollar təşkil edib və ticarət dövriyyəsində 6 milyard dollar müsbət saldo yaranıb. Monetar qızılın idxalını çıxanda ticarət dövriyyəsinin müsbət saldosu daha böyükdür. Cari ilin ilk 11 ayında qeyri-neft sektoru üzrə ixrac 1,8 milyard dollar təşkil edib və 16 faiz artıb. Cari ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoruna aid məhsullar əsasən Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana və Ukraynaya ixrac olunub. Hesabat dövründə ötən ilin eyni ayları ilə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin ixracı 54 faiz, pambıq lifinin ixracı 53 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik enerjisi ixracı 17 faiz, şəkər ixracı 14 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz artıb. Yanvar-noyabr aylarında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında isə pomidor, qızıl, fındıq ləpəsi, pambıq mahlıcı, xurma, elektrik enerjisi, metanol (metil spirti), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, ilkin formalı polipropilen önə çıxıb. Yanvar-noyabr aylarında “Azexport.az” portalına 532 milyon dollarlıq ixrac sifarişləri daxil olub.

Sosial islahatlara gəlincə, V.Qasımlı deyib ki, cari ildə sosial islahat paketi minimum əməkhaqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, problemli və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası, həmçinin həssas təbəqələrə mənzil, avtomobil və sair formada verilən dəstəyi özündə ehtiva edir. Ümumi olaraq sosial islahat paketi bu il üçün 2,3 milyard manat maliyyə yükü ilə 4,2 milyon nəfəri, başqa sözlə əhalinin 40 faizdən çoxunu əhatə edib. Bu il ərzində minimum əməkhaqqı 93 faiz artırılaraq 130 manatdan 250 manata çatdırılıb. İki mərhələli baş tutan bu artımla minimal əməkhaqqı Azərbaycan Prezidentinin 2019-cu il fevralın 8-də imzaladığı Sərəncamla 130 manatdan 180 manata artırılıb və 600 minədək insanı əhatə edib, iyunun 18-də imzalanan Sərəncamla isə 250 manat səviyyəsinə çatdırılaraq özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə 600 minədək şəxsə aid olub. Hazırda Azərbaycanda minimum əməkhaqqı ölkə üzrə yaşayış minimumunu 40 faiz üstələyir. Orta aylıq əməkhaqqı təxminən 15 faiz artaraq 625 manata çatıb. Əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablasaq Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri, Ukrayna və Gürcüstan da nəzərə alınmaqla 2-ci yerdə qərarlaşıb. Orta əməkhaqqı göstəricisinə görə isə Azərbaycan MDB məkanında ilk üçlüyə daxildir.

Bildirilib ki, sosial islahatlar paketinin digər istiqaməti əmək pensiyalarının artırılması ilə bağlıdır. Belə ki, ölkə başçısının Sərəncamı ilə 2019-cu ilin birinci rübündə pensiyalar 40 faiz artırılaraq 116 manatdan 160 manata qaldırılıb. Oktyabrın 1-dən ikinci sosial paket çərçivəsində isə bu göstərici 160 manatdan 200 manata qaldırılaraq 660 min təqaüdçünün sosial rifahının yaxşılaşdırılmasına gətirib çıxarıb. Ümumilikdə, il ərzində əmək pensiyalarının 72 faiz artımı 450 milyon manat maliyyə yükü ilə 750 min nəfəri əhatə edib. Hazırda Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 1-ci yerdədir.

İdarəetmə islahatlarının əhəmiyyətinə toxunan V.Qasımlı deyib ki, Prezident İlham Əliyevin strateji idarəetmə siyasətinə uyğun olaraq qanunverici, icraedici və məhkəmə hakimiyyətinin islahatları dövlət idarəetməsinin səmərəliliyini artırmaqla ilk növbədə vətəndaşların və biznesin maraqlarına xidmət edir. Cari ildə dövlət idarəetmə islahatlarının məqsədi dövlət müstəqilliyinin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması, dövlət və bazar tənzimləmələri arasında optimal nisbətin qurulması və Azərbaycanın yerli, regional və qlobal çağırışlara daha yaxşı cavab verməsidir. Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiqlənib, mərkəzi icra hakimiyyəti orqanlarında struktur islahatları aparılır, yerli icra hakimiyyəti qurumları qarşısında yeni tələblər qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə icraedici hakimiyyətdə aparılan islahatlar elektron hökumətin inkişafını, “One-stop-shop”dan “non-stop-shop”-a keçidi, “Only one entry” prinsipini, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi, yığcam, mobil və məqsədyönlü fəaliyyəti stimullaşdıracaq. Eyni zamanda, dövlət idarəetmə islahatları məcburetmədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitorinq və qiymətləndirməyə, məmur-sahibkar təmaslarından rəqəmsal həllərə və kölgə iqtisadiyyatdan leqallaşmaya keçidi təmin edir. Dövlət idarəetmə aparatının islahatları dövlət-özəl dialoqunu və dövlət-vətəndaş dialoqunu daha da irəli aparacaq. Bu çərçivədə dövlət müəssisələrində və özəl sektorda idarəetmə islahatları, o cümlədən korporativ standartların tətbiqi üçün yeni imkanlar yaranıb.

Diqqətə çatdırılıb ki, məhkəmə hakimiyyətində aparılan islahatlar isə özündə elektron məhkəmənin inkişafını, ədalət mühakiməsinin keyfiyyətinin artırılmasını, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılmasını, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsini, humanistləşdirmə və dekriminallaşdırmanı, vəkillik institutunun inkişafını, məhkəmənin maddi-texniki bazasının gücləndirilməsini, məhkəmə ekspertizası işinin daha da təkmilləşdirilməsini ehtiva edir.

Hakimiyyətin icra və məhkəmə qanadlarında islahatlar qanunverici orqanın islahatları ilə davam edir. Növbədənkənar seçkilər nəticəsində yeni parlament islahatlar kursuna daha sistemli dəstək olacaq, dövlət idarəetməsində ictimai nəzarəti və vətəndaş iştirakçılığını daha da gücləndirəcək. Burada həm yeni deputatlar korpusunun formalaşdırılması, həm də institusional təkmilləşdirmələr üçün imkanlar yaranıb. Yeni parlamentin məhz dövlət idarəetmə islahatları çərçivəsində formalaşması qanunverici hakimiyyətin məsuliyyətini daha da artıracaq: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə effektiv dövlət idarəetmə sistemi qurulub. Azərbaycan Dünya Bankının hesabladığı “Hökumətin səmərəliliyi” sub-indikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyiş edib. Belə ki, müqayisə olunan dövrdə Azərbaycan 7, Qazaxıstan 6, Özbəkistan 5, Gürcüstan 5 və Qırğızıstan 2 pillə irəliləyə bilib. Azərbaycan “Qlobal Rəqabətlilik hesabatı”nda 140 ölkənin arasında Məhkəmənin müstəqilliyi meyarına görə 39-cu, hökumət tənzimlənməsinin yükü meyarına görə 3-cü, hökumətin siyasətin davamlılığını təmin etməsi meyarına görə 11-ci, hökumətin dəyişikliklərə reaksiyası meyarına görə 5-ci, hökumətin uzunmüddətli vizionu meyarına görə 10-cu pillədə qərarlaşıb. “ASAN xidmət”, DOST, ABAD, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, Şəbəkə və sair xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 100 faizə yaxındır”.

Biznes islahatlarının əhəmiyyətindən də danışan V.Qasımlı deyib ki, bu il islahatlar nəticəsində tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, dövlət satınalmaları sahəsində bütün prosedurlar rəqəmsallaşıb: “Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə yaradılan yeni proqram “Mobil nömrə və FİN kod” vasitəsilə artıq ümumi qeydiyyat cəmi bir prosedurla, 20 dəqiqə ərzində taxes.gov.az saytında həyata keçirilə bilir. Proqram istifadəyə verildikdən sonra keçən ilin yekunu ilə müqayisədə 3677 daha çox hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da 30,8 faiz artımdır. 2019-cu ildə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə üçün 591 xarici ticarət iştirakçısı tərəfindən müraciət ünvanlanıb və onlardan 307-ə idxal, 198-ə isə ixrac əməliyyatları üzrə sistemdən istifadə hüququ verilib. Ümumilikdə, yeni qayda nəticəsində gömrük nəzarəti və rəsmiləşdirilməsinin daha operativ və şəffaf şəkildə tətbiq edilməsi imkanı yaradılıb. Vergi dərəcələrinin aşağı salınması, vergi inzibatçılığının təkmilləşdirilməsi, həmçinin kölgə iqtisadiyyatı ilə mübarizə sahəsində uğurlar əldə edilib”.

O qeyd edib ki, başa vurmaqda olduğumuz ildə Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət maliyyə-bank sektorunda vəziyyətin yaxşılaşmasına səbəb olub. Bu il bankların kapital dayanıqlığı artıb, rəqəmsallaşma güclənmiş və prudensial idarəetməyə keçid təmin edilib. Ancaq bununla birlikdə bütün müsbət trendlər bank sektorunun real iqtisadiyyatı daha geniş miqyasda maliyyələşdirmək istiqamətindəki gözləntiləri də gücləndirir: “Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri bu ilin ilk 10 ayının nəticələrinə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Digər tərəfdən bankların balans kapitalı, əməliyyat mənfəəti və digər mənfəətlilik göstəriciləri üzrə müsbət dinamika müşahidə olunub. Bankların kredit qoyuluşu 11 faiz artıb. Bu il bank filial, şöbələrinin, nümayəndəlik, xidmət vasitələrinin sayı (məsələn, ATM), həmçinin sektorda işçi sayının əsaslı dərəcədə artdığının şahidi olduq. Belə ki, sektorda işçi sayı təkcə il ərzində 10 faizlik rekord artım nümayiş etdirib”.

İcraçı direktor bildirib ki, geniş spektrdə aparılan sanasiya tədbirləri, toksik aktivlərin kredit portfelindəki xüsusi çəkisinin azaldılması, bank sistemində riskəsaslı idarəetmə konsepsiyasının təşviq edilməsi nəticəsində il ərzində problemli aktivlərin ümumi kredit portfelində xüsusi çəkisi rekord həcmdə - 2,6 faiz azalıb və beləliklə, kredit portfellərinin keyfiyyət əmsalı yüksəlib: “Əlbəttə ki, burada Azərbaycan Prezidentinin 2019-cu il 28 fevral tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının rolunu xüsusilə qeyd etməliyik. Səkkiz yüz mindən çox insanı əhatə edən bu Fərman özünün müstəsna sosial mahiyyəti ilə birgə bank sektoru üçün sözün əsil mənasında tamamilə yeni bir səhifə açıb və bank sektorunun gələcək inkişafı üçün də möhkəm zəminlər yaradıb. İlin ilk 10 ayında banklarda yerləşdirilən depozitlərin həcmi 23 milyard 413 milyon manata çatıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir. Fiziki şəxslərin əmanətlərinin həcmi isə son illər üzrə ən yüksək göstəriciyə - 8 milyard 811 milyon manata çatmaqla 5 faizlik artım nümayiş etdirib. Depozitlərin keyfiyyət göstəriciləri üzrə də tendensiyalar pozitiv dinamika ilə yaxşılaşıb. Belə ki, ötən il müşahidə olunmaqda olan əmanətlərin və kredit portfellərinin dedollarizasiyası prosesi cari ildə də davam edib. İl ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi artıq 37 faizə çatıb ki, bu da 2015-ci ildən sonra müşahidə olunan ən yüksək göstəricidir və milli valyutanın dayanıqlılığına olan etimadın artmasının ən yaxşı nümunəsi hesab edilə bilər”.

V.Qasımlı əlavə edib ki, cari il bank sisteminin qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından da faydalı olub. Ölkədə ilk dəfə olaraq, valyuta əməliyyatlarının aparılmasında xüsusi rejiminin yaradılması barədə qərar verilib. Belə ki, 2019-cu il martın 15-də edilmiş dəyişikliyə əsasən, Ələt azad iqtisadi zonasında valyuta əməliyyatlarının ayrıca qanunla - “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənməsi qəbul edilib. “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna 2019-cu il 19 fevral tarixində dəyişiklik edilərək əmanətlərin tam sığortalanması mexanizmi daha 1 il müddətinə uzadılıb: “Əlavə olaraq, bu il bank sektorunun fəaliyyətini tənzimləyəcək bir sıra normativ-hüquqi aktlar qəbul edilməklə bank sektorunun institusional bazası möhkəmləndirilib ki, bunlardan da “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”, “Banklarda korporativ idarəetmə Standartları” kimi qanunvericilik aktlarını xüsusilə qeyd edə bilərik. Eyni zamanda, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” qəbul olunmaqla rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər banka getmədən bank hesablarının məsafədən açılması imkanı əldə etdilər. Onu da xüsusilə qeyd edim ki, Azərbaycan Estoniyadan sonra dünyada elektron rezident formalaşdıran 2-ci ölkədir, qəbul olunmuş qaydalar və icra edilmiş tədbirlər qeyri-rezidentlərin ölkəyə gəlmədən burada biznes fəaliyyəti həyata keçirmələrinə imkan yaratmış olub. Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli Sərəncamı isə bu sahədə yeni bir mərhələnin başlanğıcını qoyub. Sektorda daxili və xarici şoklara qarşı dayanıqlı, risk idarəetməsi proseslərinə dərindən fokuslanıb, effektiv tənzimləmə, şəffaf korporativ idarəetmə və güclü infrastruktur elementləri ilə əhatə olunub, nağdsız ödənişləri geniş təşviq edən, real sektoru maliyyələşdirən və yüksək inkişaf potensialına malik maliyyə-bank sistemi formalaşdırmaq əsas gözləntilərdəndir”.

Daha sonra V.Qasımlı jurnalistlərin suallarını cavablandırıb.

Vüsal Qasımlı: Cari ildə Azərbaycanda ÜDM-in artımı son 5 ildə ilk dəfə 2 faizi ötüb YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir

Şamaxı Rəsədxanasında növbəti ustad dərsi keçirilib

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb