Vyanada Azərbaycan muğamları səsləndirilib
Vyana, 7 may, AZƏRTAC
Vyanada “Theater Akzent” mədəniyyət evində Azərbaycan muğamlarından ibarət konsert axşamı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Könül” instrumental ansamblının müşayiəti ilə keçirilən konsertdə Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və tanınmış xanəndə Fərəməz Gərmrudi çıxış ediblər.
“Fərhəng” incəsənət və mədəniyyət təşkilatının dəstəyi ilə baş tutan konsertdə Azərbaycan muğamları və xalq mahnıları, instrumental muğamlar səsləndirilib.
Konsertdə xanəndələri “Könül” instrumental ansamblının üzvləri - Əməkdar artistlər Əliağa Sədiyev (tar), Elşən Mənsurov (kamança), Şirzad Fətəliyev (balaban, tütək, zurna) və Kamran Kərimov (nağara), həmçinin Fərid Babayev (bəm kamança), Qalib Haşımov (bəm tar), Hüsaməddin Əzizov (bəm nağara) müşayiət ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:21]
Rasim Abdullayevin xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib
- 06.06.2026 [15:48]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [11:26]
Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]