Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq yaddaşında “Abu-neysan” hansı dövrdür?

Naxçıvan, 14 aprel, Rauf Kəngərli, AZƏRTAC

Xalq təqvimində aprel ayı iqlim dəyişikliyinə görə ən təzadlı ay hesab olunur. Müxtəlif illərdə fərqli olsa da, demək olar ki, bu ayda hər gün təbiətdə dəyişiklik baş verir. Kəndlərdə yaşayan hər kəs yaxşı bilir ki, aprel ayında bir neçə saat yağan yaz yağışından sonra təbiətdə dərhal dəyişiklik əmələ gəlir. Bu göstərir ki, bu ayda xalq təqvimini nəinki günlərə, hətta saatlara da bölmək olar.

Nə gözəl ruzigar oldu...

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində tədqiqatçı jurnalist Zaleh Novruzov deyib ki, aprel ayında yağan yağışa “neysan” (abu-neysan) deyirlər. Bəzi tədqiqatçılar leysanla neysanı eyniləşdirirlər. Hər kəs bilir ki, leysan fasiləsiz və gur yağan yağışlara deyilir. Böyük dağıntılara səbəb olan bu yağış arzuolunmazdır. Neysan isə aprel ayında yağan, bitkilərin, əkin sahələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən yağışdır. Etnoqrafik yaddaşımıza, ata-babalarımızın dünyagörüşünə əsaslanaraq demək olar ki, aprel ayının 15-dək olan dövr xalq təqvimində “abu-neysan” adlandırılıb.

XIX əsrdə yaşamış görkəmli Azərbaycan şairi Qasım bəy Zakir “Oldu” şeirində də bu mövzuya toxunaraq yazıb:

             Əmr olundu, abi-niysan!

             Cansızlara bəxş etdi can.

             Yenə təzələndi dövran,

             Nə gözəl ruzigar oldu!

Zaleh Novruzov qeyd edib ki, xalq təqvimində “qara yaz” adlanan bölgü var. Bəzən tədqiqatçılar qara yazın bölgüsünü fərqli aparırlar. Üçcildlik “Azərbaycan etnoqrafiyası” kitabında yaz günlərindən aprel ayının sonlarına kimi, yəni, yazdan 40 gün keçən dövr “qara yaz” adlandırılıb. Yaşlıların dediyinə görə, əvvəllər qara yaz çıxmamış sobaları yığışdırmazdılar. Topladığımız məlumatlar da göstərir ki, Naxçıvanda yazın ilk günündən aprelin 15-nə qədər olan dövr “qara yaz” adlanır. Xüsusən heyvandarlıqda qara yaz ağır dövr hesab edilir. Bəzi illərdə hələ Novruz bayramından əvvəl düzən və təpələrin güney hissəsi yaşıllaşsa da, heyvan yerdən ot götürə bilmir, yaz otuna ağzı dəydikdə quru yemi yaxşı yemir. Naxçıvanın qışı soyuq, yayı isə isti və quraq keçdiyinə görə alçaq dağlıq hissələrdə yazın ilk iki ayını çıxmaq şərtilə bitki örtüyü zəif olur. Buna baxmayaraq, yaşlılar söyləyirlər ki, payızda qoyun dərisini yerdə sürüyən zaman üzərinə çör-çöp yapışsa, bil ki, qoyun-quzu ac qalmayacaq. Yazda isə dərinin üzərinə bir yumurta həcmində göy ot yığıbsa, deməli, heyvanların qidası yaxşı olacaq. Bu dövrdə otun az olmasına baxmayaraq, el arasında deyildiyi kimi, “qoyun dişini qıcayır” - yəni, yem götürməyə çalışır.

Qırx kötük, qırx şələ odun, qırx çuval saman

Xalq təqviminə görə, martın sonu - aprelin birinci yarısı “keçiqıran” dövrü adlanır. Bu dövrdə yaşlı və arıq keçilər bir balaca hava soyuq olan kimi qırılır. Ona görə də el arasında “keçinin beli isinməsə, əmələ gəlməz” deyirlər. Aprel ayının 15-dən sonra havalar isinir, çöldə ot cücərməyə başlayır. Bəzən el arasında “hava soyuqdur, ot gəlmir” deyirlər. Qara yaza başqa yaşayış məskənlərində “oğlaqqıran”, “keçiqıran”, “davardoymaz”, “yatardurmaz”, “gedər-gəlməz” də deyirlər. Təcrübəli heyvandarlar çalışırlar ki, bu dövrdə heyvanın “dizi sınmasın” (çox zəifləməsin). Ümumiyyətlə, el arasında qara yaz vaxtı ağır dövr hesab edilir. Ona görə də “bayramdan sonraya qırx kötük, qırx şələ odun, qırx çuval saman saxla” ifadələri yaranıb. Babalarımız Novruzu təntənə ilə qeyd etsələr də, hələ də çətinliklərdən qurtarmadıqlarını hiss ediblər. “Lənət marta, aprelin 15-nə kimi” ifadəsi də buradan meydana gəlib.

“Tarçıx” dövrü

Tədqiqatçı-jurnalist bəzi etnoqrafların fikirlərini də xatırladır. Deyir ki, elə ki yazın qırxı çıxdı, təzə-tər yaz otları cücərir. Yazın ilk sədaları ilə başlayan bu müddət el arasında “tərçıx”, “tarçıx” dövrü adlanır. El arasında “mal-qaranın ağzı elə ki tarçıxa çıxdı, qorxu yoxdur” deyirlər. “Tarçıx”, “tərçıx” sözünü yazda tər otların çıxması, qışda tövlədə tərləyən mal-qaranın tərinin çıxması kimi izah edirlər. Çöl tədqiqatlarında isə bu sözün izahına rast gəlmədik. Araşdırmalardan bu qənaətə gəlirik ki, bu söz “tarçıx” olub, “gecə otarmaq”, “qaranlıqda çıxmaq” mənasındadır. “Tarçıx” sözünün mənası haqqında belə bir ehtimal da var: Xalq arasında sutkanın vaxt bölgüsünə müxtəlif adlar verilib. Şər vaxtı (günbatan), xoruz banı, köpək tayadan düşən vaxt, itin qurddan seçilən vaxtı, toyuqlar tara çıxan vaxt və sair. Toyuqlar, adətən, axşamçağı gün əyiləndə tara (hündürdə uzununa düzəldilmiş tir) və ya ağacların budağına çıxırlar ki, həmin vaxt “toyuq tara çıxan vaxt” adlanır.

Durna gəldi çıx şuma, durna getdi çıx tuma

Zaleh Novruzov deyib: Yazın girməsi “kotan (cüt) dövrü” də adlanır. Novruz bayramının səhəri şum başlanır. Babalarımız həmin gün elliklə sahəyə çıxar, ilk şırımı xalqın mötəbər bildiyi, əli ruzili adam edərdi. Səpin zamanı da ilk toxumu yerə həmin adam atar, Ulu Yaradandan ruzi-bərəkət diləyərdi. Atalarımız əkin, səpin vaxtını da təbiəti müşahidə ilə təyin edərdilər. Ona görə də “Durna gəldi çıx şuma, durna getdi çıx tuma” ifadəsini işlədiblər. Şumun və səpinin vaxtında aparılması əsas şərtdir. “Bazardan qalsan, bir gün qalarsan, əkindən qalsan, bir il qalarsan” atalar sözü də elə buradan yaranıb. Suvarılan əkinlərə “armuda var”, “armud gülü” suyu verilir. Bu cür adlandırma suvarma vaxtını armudun çiçəkləməsi ilə təyin etmək ənənəsindən meydana gəlib.

Dəmyə əkinlərin vaxtında - ilk yağışlar yağana qədər aparılması da əsas şərtdir. Yoxsa yağan yağışlardan sonra yaranan palçığa görə əkin aparıla bilməyəcək və əkin bir neçə gün yubanacaq, məhsuldarlıq aşağı düşəcəkdir. Bu dövrdə çöllərdə əhalinin əsas qidasını təşkil edən göbələk, yer kartofu, şomu, cacıq və digər dağ pencərləri yetişir. Aprelin sonlarında isə dağlardan bolu, çaşır yığılır.

“Arıçılar üçün də bu dövr qayğı ayıdır. Arı yeşiklərinin içərisi təmizlənir, ana arının olub-olmaması müəyyən edilir. Əgər ana arı ölübsə, yenisi qoyulur və ya yeşikdəki arılar anası olan zəif arı ailəsi ilə birləşdirilir. Xəstəlik və zərərvericilərə qarşı tədbirlər görülür. Ağacların çiçək açması ilə birgə arılar üçün ən işlək dövrlərdən biri başlayır. Bu isə arıçı sahibkarların, demək olar ki, hər gün onlara baxmalarını şərtləndirir”, - deyən tədqiqatçı jurnalist Zaleh Novruzov bildirib ki, ta qədimdən ata-babalarımız uzun illərin müşahidə və təcrübəsinə əsaslanaraq aprel ayında görülən işləri təbiətdəki dəyişiklikləri izləməklə mərhələli şəkildə yerinə yetiriblər. Məhz bu ayda əl-qolu çırmayıb təsərrüfatdan bərk yapışmaqla bol məhsulun, ruzi-bərəkətin təməli qoyulub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin baş katibi: Dünyamızın sağlamlığı təhlükə altındadır və aclıq problemi daha da dərinləşir

Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub

“Bir uşağın sabahına işıq ol!” - XXII Ənənəvi Xeyriyyə Sərgisi

Rəhman Mustafayev: Azərbaycan real addımlarla regional əməkdaşlığa sadiqliyini nümayiş etdirir

Mixail Qaluzin Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafı üçün sərhədlərin açılmasının zəruriliyini bəyan edib

İnger Andersen: Dünyanın bütün ölkələri çoxsaylı iqlim çağırışları ilə üz-üzədir

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda II yerə layiq görülüblər

Prezidentin Naxçıvan MR-da səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq

Nazir: Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər əsas ekoloji prioritetlərimizdən biridir

UNEP-in icraçı direktoru: Azərbaycan iqlim fəaliyyəti sahəsində mühüm və strateji rol oynamaqda davam edir

Gələcəyin əmək bazarına hazırlıq: “4Sİ Akademiyası - Milli Proqram” daha bir il uzadılır

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri “Tağıyev: Neft” bədii filminin nümayişi ilə başlayıb

Çingiz Hüseynzadə: Hər bir federasiyada təhlükəsiz idman üzrə ixtisaslaşmış məsul şəxs olmalıdır

Prokuror: Əmək müqaviləsinin bağlanması yalnız kağız üzərində sənədi imzalamaqla məhdudlaşmır

Yasamal Rayon Prokurorluğunda “Açıq qapı” günü və əmək hüquqlarına dair seminar təşkil olunub

Prezident: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

Bəzi qanunlara təklif edilən dəyişikliklər müzakirə olunur

Rəşad İsmayılov: Son 20 ildə Bakıda 100-dən çox park və yaşıllıq zonası salınıb

Nazir: Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır

2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət

Bu saata olan əsas xəbərlər

Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb

BMU-da 41 ixtisas üzrə təkrar ali təhsil üçün sənəd qəbulu aparılır

® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı

Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT

Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı: Suriya 34 qutu sənəd təqdim edib

Təbii fəlakətlər aqrar sığortaya müraciətləri kəskin artırdı: 35 rayondan 3500-dən çox müraciət daxil olub

Hesablama Palatasının iclasında kənar dövlət maliyyə nəzarəti tədbirlərinin başlanılması ilə bağlı proqramlar təsdiqlənib

Naxçıvanda IV siniflər üzrə monitorinqdə 4300-dən çox şagird iştirak edir - FOTOLAR

Dünya Bankı: Mayda “Brent”in orta qiyməti 107,5 dollar, “Light”ın isə 99,1 dollar olub

Bu ilin ilk rübündə sənaye zonalarına yatırılan investisiyanın həcmi artıb

UNEP: Azərbaycanda zubr və ceyran populyasiyalarının bərpası davam etdirilir

Azərbaycan-Almaniya Biznes Şurası yaradılacaq

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu müəyyən edilib

Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 16 faizdən çox artıb

“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının cari statusu nəzərdən keçirilib

Hakan Fidan: Türkiyə İranla ABŞ arasında aparılan danışıqları müsbət qiymətləndirir

Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib

Fransa tərəfindən saxlanılan Rusiyanın “Tagor” tankerinin kapitanı sərbəst buraxılıb

Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir VİDEO

Bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında yeni imkanlar və perspektivlər yaradır ŞƏRH

BMT: Xəzər dənizinin qorunması və ekofəallara dəstək əsas ekoloji vəzifələrdən biridir

Bu ilin beş ayında dövlət büdcəsindən vətəndaşlara 122 milyon manat geri qaytarılıb

İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək

Son 5 ayda DSMF-nin fəaliyyət istiqamətləri üzrə alınan elektron arayışların sayı açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb

Qızıl həftəni itkilərlə başa vurur

® “AccessBank” müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb

Ötən gün narkotiklərlə əlaqəli 35 fakt müəyyən olunub

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” keçiriləcək

Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür

Azərbaycan klubu daha bir futbolçu ilə vidalaşıb

XRİTDX-nin hazırladığı “Tusi Paleon” aləti tələbələrə təqdim edilib

Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır

Azərbaycan enerji sektorunda regionun əsas mərkəzlərindən birinə çevrilib ŞƏRH

Prezidentlər Mirziyoyev və Putin Özbəkistan AES-in 1-ci enerji blokunun tikintisinə start veriblər

Bu gün su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Seçmə mərhələ: Qadın futbolçulardan ibarət Azərbaycan yığması Macarıstana qarşı

Qızılgüllə səhv salınan pionun yetişdirilmə sirləri – istixanadan REPORTAJ VİDEO

Qızılgüllə səhv salınan pionun yetişdirilmə sirləri – istixanadan REPORTAJ VİDEO

Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Düşənbədə Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO

Heç kəsə bənzəməyən imza – Vaqif Səmədoğlu

Azərbaycan velosipedçiləri Avropa çempionatına hazırlıq çərçivəsində beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb

Azərbaycan voleybol millisi Avropa Liqasında mübarizəyə Bakıda start verir

Gəncə-Daşkəsən regionunda fəaliyyət göstərən təhsil işçilərinə “TəhsilPlus” kartları təqdim olunub

DİM: qəbul imtahanının 2-ci cəhdində iştirak üçün 28 minədək abituriyent qeydiyyatdan keçib

Qubada “Türk Dövlətləri Təşkilatı Modeli 2026” beynəlxalq gənclər düşərgəsi təşkil olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib VİDEO

Ekspert: Ətraf mühitin mühafizəsi sahəsində qəbul edilən hüquqi sənədlər müsbət nəticələr verir

Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Futbol üzrə Azərbaycan millisi bu gün Malta ilə qarşılaşacaq

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Azərbaycan nefti 100 dollara satılır VİDEO

Ağstafa rayonu Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Göyçayda 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

ABŞ-li jurnalist Çin kəşfiyyatına çalışdığını etiraf edib

Yaponiya və ABŞ süni intellektin inkişafına birgə bir milyard dollar sərmayə yatıracaq

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb

ÇXR Sədri Si Cinpin Şimali Koreyaya səfər edəcək

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

MDU-nun rektoru: Kibertəhlükəsizlik sahəsində görülən hər bir iş Azərbaycanın təhlükəsiz gələcəyinə qoyulan sərmayədir

Nümayəndələr Palatası Ukraynaya təxminən 2 milyard dollar yardım ayırmaqla bağlı qanun layihəsini qəbul edib

“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

Türk Dünyası Qadınlar Birliyinin yaradılması ilə bağlı addımlar nəzərdən keçirilib

ABŞ Kuba Prezidentinə qarşı sanksiyalar tətbiq edib

Azərbaycan və Gürcüstanın şəhər və rayonları arasında davamlı inkişaf istiqamətində təcrübə mübadiləsi aparılıb

Ukrayna təmsilçisi yeni mövsüm üçün peşəkar klub lisenziyası əldə edə bilməyib

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

Gürcü politoloq: İrimiqyaslı layihələr Azərbaycanın regional mərkəz kimi mövqeyini daha da gücləndirir

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin yubileyinə həsr olunmuş müsabiqənin qalibləri məlum olub