Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

XANLAR ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

XANLAR ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Əziz dostlar!

Bu gün biz ulu öndər Heydər Əliyevin abidəsinin açılışına

toplaşmışıq. Bu çox əlamətdar bir hadisədir. Ulu öndər bütün dövrlərdə, Azərbaycana rəhbərlik etdiyi illərdə öz xalqına sədaqətlə xidmət etmişdir. Hamımız yaxşı xatırlayırıq ki, 1970-80-ci illərdə Azərbaycanın inkişafında onun çox böyük rolu olmuşdur. O vaxtadək Azərbaycan başqa müttəfiq respublikalarla müqayisədə ən ağır vəziyyətdə idi. Məhz onun rəhbərliyi altında Azərbaycanda o vaxt aparılan islahatlar ölkəmizin bugünkü inkişafına möhkəm zəmin yaratmışdır. Çünki o illərdə yaradılmış sənaye müəssisələri, inkişaf etmiş kənd təsərrüfatı, tikilmiş sosial obyektlər bu gün də Azərbaycanın hərtərəfli inkişafı üçün öz rolunu oynamaqdadır. Müstəqil Azərbaycanın rəhbəri kimi yenə də Azərbaycanı ən çətin vəziyyətdən çıxaran məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Onun rəhbərlik etdiyi dövrlərdə Azərbaycan daim inkişaf etmiş, o, Azərbaycanda olmadığı dövrdə isə ölkə böyük fəlakətlərlə üzləşmişdir. Məhz o illərdə - 1980-ci illərin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanın gələcək inkişafı sual altında idi. Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan bir ay sonra ermənilər Dağlıq Qarabağda separatçı hərəkətlərə başlamışdılar. Azərbaycana qarşı təcavüz başlanmışdı və faktik olaraq, Azərbaycan torpaqları işğal altına düşmüşdür. Məhz o illərdə bu işğalın əsası qoyulmuşdur. Azərbaycanın o vaxtkı və Sovet İttifaqının rəhbərliyi erməni qəsbkarları ilə birlikdə Azərbaycan üçün bu çətin şəraiti yaratmışdılar.

Ancaq 1993-cü ildən sonra, yenə də ulu öndər Azərbaycana qayıtdıqdan sonra vəziyyət tamamilə dəyişmişdir və bu gün Azərbaycan uğurla inkişaf edir. 1993-2003-cü illər Azərbaycan dövlətçiliyi üçün həlledici illər olmuşdur. Məhz o illərdə Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirə bilmişdir, Azərbaycanda bütün xoşagəlməz hadisələrə, anarxiya və hərc-mərcliyə son qoyulmuş, sabitlik yaranmışdır. Azərbaycan inkişaf etməyə başlamışdır və bu onillik ölkəmizin bugünkü həyatında çox mühüm rol oynamışdır. Bu gün Heydər Əliyev siyasəti yaşayır, davam etdirilir və Azərbaycanı xoşbəxt gələcəyə aparır. Bu gün Azərbaycanda davam etdirilən siyasi və iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafına şərait yaradır. Azərbaycan iqtisadi artım baxımından dünyada birinci ölkədir. Dörd il ərzində biz bu birinciliyi qoruyub saxlaya bilmişik. Özü də dünya miqyasında. Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə artır və Azərbaycan vətəndaşları bu nailiyyətlərin bəhrəsini gündəlik həyatlarında görməyə başlamışlar. Bu, çox vacibdir. Çünki bizim bütün iqtisadi siyasətimiz, aparılan islahatlar bir məqsədə yönəlibdir ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, bütün problemlər, sosial məsələlər həllini tapsın və ölkəmiz güclənsin.

Bildiyiniz kimi, dörd ildən artıqdır ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı icra olunur. Bu yaxınlarda biz proqramın dörd illik yekunlarını müzakirə etdik və bir daha gördük ki, bu illər ərzində bölgələrdə çox böyük inkişaf olmuşdur. 650 mindən çox yeni iş yerinin açılması, yüzlərlə yeni müəssisənin yaradılması, Azərbaycan bölgələrində infrastrukturun yeniləşməsi və yaradılması, elektrik stansiyalarının tikilməsi, qaz xətlərinin çəkilməsi - bütün bunlar regionların inkişafına xidmət göstərir. Bütün bunlar imkan verir ki, Azərbaycanın bütün bölgələrində insanlar daha da yaxşı yaşasınlar. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik. Azərbaycanın qarşısında duran vəzifələr uğurla icra edilir, bizim bütün proqramlarımız həyatda öz əksini tapır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının ölkəmizin hərtərəfli inkişafında çox böyük rolu olmuşdur. Bu proqramın icrası nəticəsində ölkəmizin qeyri-neft sektoru inkişaf edir, bölgələrdə müasir şərait yaradılır və yaradılacaqdır.

Biz uğurlu neft siyasətimizdən istifadə edərək, siyasi və iqtisadi islahatları davam etdirərək elə şərait yaradırıq ki, gələcəkdə Azərbaycan iqtisadiyyatı neft amilindən asılı olmasın. Şübhəsiz ki, bu gün Azərbaycanın inkişafında neft-qaz sahəsi çox böyük rol oynayır. Bu sahədə də əldə edilmiş bütün uğurlar ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə mümkün olmuşdur. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə xarici şirkətlərlə ilk neft müqaviləsi imzalandıqdan sonra Azərbaycan bu sahədə böyük uğurlara nail ola bilmişdir. O vaxt vəziyyət indiki kimi deyildi. Azərbaycan cəmi 3 il idi ki, müstəqil dövlət idi və torpaqlarımız işğal altında idi. Ölkədə hələ vətəndaş müharibəsinin acı nəticələri yaşanırdı, Azərbaycana vəsait qoymaq istəyən xarici şirkətlərin sayı çox məhdud idi, Azərbaycan çox riskli bir ölkə sayılırdı. Daxili imkanlarımız da, demək olar ki, yox idi. Büdcə çox aşağı səviyyədə, xəzinə isə boş idi. O şəraitdə böyük enerji şirkətlərini Azərbaycana cəlb etmək, onları inandırmaq ki, Azərbaycan investisiyalar üçün əlverişli iqtisadi imkanlara malikdir - bu, böyük müdriklik və cəsarət tələb edirdi. Çünki neft müqavilələrinin imzalanması çox ağır geosiyasi şəraitdə baş verirdi.

Bu gün isə Azərbaycan qarşıda duran bütün enerji vəzifələrini uğurla icra edibdir və biz tarixi nailiyyətlərə çatmışıq. Neft-qaz kəmərləri işə salınmışdır. Azərbaycanda böyük miqdarda neft-qaz hasil edilir, ixrac olunur və beləliklə, ölkə zənginləşir. Uğurlu neft-qaz siyasətimiz, iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı, sahibkarlığa həm siyasi və mənəvi, həm də maddi dəstək, kreditlərin ayrılması - bütün bu amillər Azərbaycanın hərtərəfli inkişafına şərait yaradır. Təsadüfi deyil ki, biz dörd il ərzində iqtisadi artım sürətinə görə dünyada birinci yerdəyik. Dörd ildə iqtisadiyyatımız, demək olar ki, 2 dəfə artmışdır və bu meyil davam edir.

Bu dörd il ərzində büdcə xərclərimiz böyük həcmdə artmışdır. Bu gün Azərbaycanın dövlət büdcəsi 12 milyard dollardır. Dörd il bundan əvvəl bu rəqəm 1 milyard 200 milyon idi. Yəni büdcəmiz 10 dəfə artıbdır, xərclərimiz on dəfə artıbdır və bundan səmərəli istifadə edirik və Azərbaycanda müasir infrastruktur yaradılır. Elektrik stansiyaları tikilir, avtomobil yolları, qaz xətləri çəkilir, xəstəxanalar, məktəblər inşa olunur, sosial infrastruktura aid olan digər məsələlər həll edilir. Eyni zamanda vətəndaşlarımızın sosial təminatı yaxşılaşır, minimum əmək haqqı, minimum pensiyalar ildə iki dəfə artırılır və bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Yanvarın 1-dən minimum əmək haqqı və minimum pensiya 60 manata qaldırılmışdır və bu il yenə də biz buna baxacağıq. Mən göstəriş vermişəm ki, yenidən biz bu məsələyə baxaq və maaşlar, pensiyalar artırılmalıdır. Düzdür, artım çox böyükdür, amma hələ ki, bizi tam qane edə bilməz. Çünki mən istəyirəm ki, Azərbaycan vətəndaşları yaxşı yaşasınlar, aldıqları maaşlar, pensiyalar onların bütün tələbatını ödəsin. Əlbəttə ki, özəl sektorda fəaliyyət göstərənlər özlərini sosial baxımdan daha yaxşı müdafiə olunmuş hesab edirlər, yəni onların dolanışığı özlərinin fəaliyyətindən asılıdır. Nəzərə alsaq ki, Azərbaycanda bizneslə məşğul olmaq üçün çox gözəl şərait yaradılmışdır və dövlət tərəfindən bütün lazımi tədbirlər görülür. Eyni zamanda, sahibkarlara ildə 100 milyon manata yaxın məbləğdə kreditlər verilir, kənd təsərrüfatı texnikası verilir. Demək olar ki, sahibkarlıqla məşğul olanlar özlərini yaxşı təmin edə bilirlər. Nəzərə alsaq ki, Azərbaycan iqtisadiyyatının 80 faizi özəl sektorda formalaşıb, deyə bilərik ki, özəl sektorda işləyənlərin sayı kifayət qədər çoxdur. Ancaq büdcə təşkilatlarında işləyənlərin sosial müdafiəsi məsələləri, əlbəttə ki, diqqət mərkəzində olmalıdır və o insanlara dövlət qayğısı bundan sonra da davam etdiriləcək, onların iş şəraiti yaxşılaşdırılacaq, əmək haqları artırılacaqdır.

Siz bilirsiniz və Xanlar rayonunun timsalında da biz bunu görürük ki, indi Azərbaycanda məktəb tikintisi nə qədər geniş vüsət almışdır. Hər yerdə, demək olar ki, hər kənddə yeni məktəblər tikilir. Nə üçün biz bunu edirik? İlk növbədə, ona görə ki, bizim gələcəyimiz olan uşaqlarımız yaxşı şəraitdə oxusunlar. Oxumaq üçün onların bütün şəraiti olsun və gələcəkdə Azərbaycan üçün bilikli gənc nəsil yetişsin. Digər tərəfdən, o məktəblərdə təkcə uşaqlar oxumur, həm də müəllimlər işləyirlər. Müəllimlər uşaqlara bilik öyrədir, onları tərbiyə edirlər, demək, bizim gələcəyimizi formalaşdırırlar. Ona görə müəllimlərin əməyi çox yüksək qiymətləndirilməlidir. Onların həm əmək haqları artırılmalıdır və artırılır, həm də iş şəraiti yaxşılaşmalıdır. Biz bunu edirik və bundan sonra da edəcəyik. Son dörd il ərzində Azərbaycanda 1200-dən çox məktəb tikilmişdir. Nəzərə alsaq ki, bütün dövrlərdə Azərbaycanda 4500 məktəb tikilmişdir, bu, misli görünməmiş bir nəticədir. Bu il də 200-dən çox məktəb, əlavə korpuslar tikiləcək və təmir olunacaqdır. Beləliklə, təhsillə - ibtidai və orta təhsillə bağlı olan məsələləri, bu sahədə maddi-texniki bazanın yaradılması məsələlərini biz yaxın 2-3 ildə həll edəcəyik.

Bütövlükdə, sosial məsələlərə diqqət həmişə yüksək olmuşdur. Bunu biz büdcə xərclərində də görə bilərik. Büdcəmiz sosialyönümlüdür, eyni zamanda, investisiyayönümlüdür və artan imkanlarımız, maliyyə imkanlarımız, əlbəttə ki, bizim qarşımızda yeni imkanlar açır. Azərbaycan güclü ölkəyə çevrilir. Bizim hamımızın məqsədi odur ki, Azərbaycan güclü dövlət olsun, Azərbaycan vətəndaşları yaxşı yaşasınlar. Azərbaycan öz siyasi və iqtisadi maraqlarını tam şəkildə təmin edə bilsin və bölgədə çox möhkəm mövqelərə malik olsun. Biz bunu artıq görürük. Artıq Azərbaycan yerləşdiyi bölgədə söz sahibidir. Biz böyük layihələrin, böyük işlərin təşəbbüskarıyıq. Bütün regional layihələrdə, regional əməkdaşlıq məsələlərində fəal iştirak edirik. Bir çox hallarda bu əməkdaşlığın inkişafı üçün təşəbbüslər göstəririk və bizim rolumuz həm bölgədə, həm də dünyada yüksək dərəcədə qiymətləndirilir və bölgədə lider dövlət kimi Azərbaycanın mövqeləri günü-gündən möhkəmlənir. Bunun müxtəlif amilləri var və onların hamısını sadalamaq çox vaxt aparar. Başlıcası ondan ibarətdir ki, Azərbaycanda xalqla iqtidar arasında birlik var, qarşılıqlı hörmət var, inam var. Bütün proqramlarımız xalq tərəfindən dəstəklənir və bu, bizə əlavə güc verir, əlavə imkanlar yaradır. Ölkəmizdə çox gözəl ictimai-siyasi vəziyyət mövcuddur, sabitlik, əmin-amanlıq var, insanlar normal şəraitdə yaşayır, çalışırlar.

Azərbaycan enerji baxımından həm bölgə üçün, həm dünya üçün əvəzolunmaz ölkəyə çevrilir. Bu, bizə əlavə maddi imkanlar yaradır, həm də siyasi gücümüzü artırır. Bildiyiniz kimi, indiki zamanda enerji məsələləri dünyanın gündəliyində birinci yerlərdədir. Yeni etibarlı enerji daşıyışcıları, neft-qaz hasil və nəql edən ölkə kimi Azərbaycan, əlbəttə ki, öz imkanlarını genişləndirir. Biz bütün bu amillərdən məharətlə istifadə edirik ki, ölkəmizi daha da gücləndirək, onun qarşısında duran bütün vəzifələri icra edək. Dünyada bizim müttəfiqlərimizin sayı getdikcə artır, genişlənir. Biz bütün əməkdaşlıq məsələlərində çox böyük iradə göstəririk. Biz əməkdaşlığa açığıq, nə qədər çox dost ölkə qazansaq, beynəlxalq mövqelərimiz də bir o qədər möhkəmlənəcəkdir.

Bir sözlə, Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır. Sadəcə, istəyirəm ki, bu inkişaf daha da sürətlə getsin. Sadəcə istəyirəm ki, həll olunmamış məsələlər tezliklə öz həllini tapsın. İnsanları hələ narahat edən, onlara əziyyət verən məsələlər aradan qaldırılsın. Bu sahədə qəbul olunmuş və gələcəkdə qəbul edəcəyimiz proqramlar imkan verəcək ki, hər bir məsələ öz həllini tapsın. Regionların inkişafı proqramının yekunlarının müzakirəsi zamanı mən göstəriş vermişəm ki, növbəti beşillik üçün yeni proqram hazırlansın. Birinci proqram, demək olar ki, artıq icra edilibdir, proqramda nəzərdə tutulan məsələlərin 98 faizi ya tam həll olunub, yaxud da qismən həll edilib və qarşıda hələ bir il vaxt var, həll olunacaqdır. Növbəti beşillik üçün yeni regional inkişaf proqramının hazırlanmasına artıq başlanmışdır. Bütün yerli icra orqanlarına göstərişlər verilmişdir ki, onlar mərkəzə bütün məlumatları təqdim etsinlər: rayonda, hansı kənddə, harada problem var, harada nə çatışmır, harada nə təmir olunmalıdır, harada nə tikilməlidir. Bu göstərişləri bütün icra hakimiyyəti başçılarına vermişik. Onlar da bu məlumatların əsas hissəsini mərkəzə göndərmişlər. İndi bu məsələlər təhlil olunur. Bu günə qədər həll olunmamış bütün məsələlər növbəti proqrama daxil ediləcəkdir. Növbəti beş ildə - 2009-2013-cü illərdə regionlarda bütün məsələlər həll olunacaqdır.

Həyat yerində durmur. Əlbəttə ki, qarşımıza yeni məsələlər çıxır və biz bunları həll etməyə qadirik. Bizim güclü iradəmiz, peşəkar mütəxəssislərimz var və artıq maddi imkanlarımız var. O imkanlar ki, biz onları özümüz yaratmışıq. O imkanlar ki, onlar göydən düşməyib, biz öz gücümüzlə yaratmışıq. Bəzən bizim işlərimizə kölgə salmaq istəyənlər deyirlər ki, bəli, Azərbaycanda neft var, qaz var, ona görə Azərbaycan elə uğurla inkişaf edir. Çox ölkələrdə neft və qaz var. Başqa ölkələrdə başqa təbii sərvətlər var. İndi bütün ölkələrin tarixinə nəzər salsaq, - həm bizim bölgədə, həm də ki, başqa yerlərdə, - görərik ki, hər bir ölkənin iqtisadiyyatı hansısa bir təbii sərvətə əsaslanır. Bəzi hallarda bu, neft-qaz olur, bəzi hallarda kənd təsərrüfatı məhsulları olur, digər təbii sərvətlər olur. Bu, təbiidir. Dünyanın inkişafı bu təbii sərvətlər əsasında gedir. Enerji olmasa, inkişaf ola bilməz, bu, hər bir ölkə üçün təbiidir. Azərbaycanın, bizim uğurumuz ondan ibarətdir ki, öz təbii sərvətlərimizə sahib olmuşuq. Azərbaycan xalqı buna sahib olub və öz təbii sərvətlərini uğurla işlədir. Bütün neft-qaz layihələrində Azərbaycan mütəxəssisləri fəal iştirak edirlər. Bizim həyata keçirdiyimiz bütün layihələrə daha çox xarici investorlar tərəfindən vəsait qoyulur. Ancaq artıq bir neçə aydan sonra Azərbaycan çıxarılan neftin 80 faizinin sahibinə çevriləcəkdir. Başqa ölkələrdə buna bəlkə 50-60 il vaxt lazımdır. Yəni Azərbaycanın nefti və qazı xalqımızın inkişafına xidmət göstərir. Biz bu imkanlardan səmərəli istifadə edib su kəmərləri, qaz xətləri çəkirik, məktəblər, xəstəxanalar tikirik. Bütün bu əsas maliyyə imkanlarımızın mənbəyi məhz bizim təbii sərvətlərimiz və onlardan səmərəli istifadə etməyimizdir. Biz çətin, ağır geosiyasi şəraitdə neft kəmərləri tikmişik. Xəzər dənizini Qara dənizlə birləşdirmişik. Xəzər dənizini ilk dəfə olaraq Aralıq dənizi ilə birləşdirmişik. Bunlar asan məsələlər deyildir. Sadəcə olaraq, texniki, yaxud da ki, kommersiya məsələləri deyildir. Çox böyük siyasi müdriklik, siyasi fəaliyyət, diplomatik səylər tələb edirdi və biz bunlara nail ola bilmişik. Mən şübhə etmirəm ki, bundan sonra bizim qarşımızda həll olunmamış problem qalmayacaqdır.

Bizim hamımızı narahat edən yeganə məsələ Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasıdır. Bu məsələnin həll olunmaması ondan irəli gəlir ki, Azərbaycan öz prinsipial mövqeyindən dönmür və dönməyəcəkdir. Bizim prinsipial mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır, ədalətə əsaslanır və mən inanıram ki, bizim mövqeyimiz son nəticədə torpaqlarımızın azad olunmasına gətirib çıxaracaqdır. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və münaqişə yalnız bu əsasda öz həllini tapa bilər. Heç vaxt separatist qüvvələrə heç bir güzəşt olmayacaq, biz heç vaxt Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına imkan verməyəcəyik, bu, heç vaxt baş tutmayacaqdır. Ermənistanda bunu nə qədər tez başa düşsələr, onlar üçün bir o qədər yaxşı olacaqdır. Mən bəyan edirəm ki, Azərbaycan bundan sonra da öz prinsipial mövqeyində qalacaq və münaqişəni ancaq və ancaq bizim ərazi bütövlüyümüz çərçivəsində həll edəcəyik. Biz hələ ki, danışıqlara sadiqik, hələ ki, bəzi ümidlərimiz var. Ancaq bununla bərabər, siz onu da bilirsiniz ki, biz hərbi gücümüzü artırırıq. Bəzi hallarda beynəlxalq təşkilatlar bizi tənqid etməyə çalışırlar ki, Azərbaycan ordu quruculuğuna nə üçün bu qədər vəsait ayırır. Birincisi, bu, bizim işimizdir və heç kimə dəxli yoxdur. Biz kasıb olanda, imkanlarımız olmayanda gəlib bizə əl tutan olmamışdır ki, indi, imkanımız olanda bizə məsləhət verməyə çalışırlar ki, bu vəsaitdən harada istifadə edək. Biz bu vəsaitdən hər yerə istifadə edirik. Həm məktəb tikirik, xəstəxana tikirik, yol çəkirik, elektrik stansiyaları tikirik və həm də ordumuzu gücləndiririk və gücləndirəcəyik. Bizim artan ordu potensialımız danışıqların tezliklə başa çatmasına xidmət göstərir. Çünki işğalçı tərəf bilir və aydın dərk edir ki, artıq Azərbaycan o Azərbaycan deyil ki, onun torpaqlarını işğal etmək mümkün olsun. İndi Azərbaycan çox güclü hərbi potensiala malikdir, bu potensial ildən-ilə artırılır və artırılacaqdır. Belə olan halda, bizimlə ultimatum dili ilə danışmaq heç kimə fayda gətirməz. Azərbaycan həm iqtisadi cəhətdən, siyasi cəhətdən və həm də hərbi cəhətdən güclü ölkədir və bu güc daha da artacaqdır.

Əziz dostlar, mən sizin hamınızı bir daha salamlamaq istəyirəm. Mən çox şadam ki, Xanlar rayonuna gəlmişəm. Bilirəm ki, rayonda inkişaf gedir, abadlıq-quruculuq işləri gedir. Rayonun çox böyük potensialı var və mən əminəm ki, bu potensialdan biz hamımız səmərəli şəkildə istifadə edəcəyik. Rayonda həm sənaye müəssisələri yaranır, həm də xəstəxana tikilir, - bu yaxınlarda o, istifadəyə veriləcək - gözəl məktəblər tikilir, yollar salınır. Yəni rayonun inkişafı üçün bütün şərait yaradılır. Sadəcə olaraq, biz hamımız elə etməliyik ki, qarşıda duran bütün məsələləri daha da qısa müddət ərzində həll edək və Xanlar rayonu inkişaf etsin və çiçəklənsin. Mən bunu arzulayıram. Sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

 
######
 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb

® “Usta Mənəm!” peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün “Holcim” şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir

Ukraynada hərbi xidmətdən yayınanlarla bağlı cəzalar sərtləşdirilib

Şəkidə “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim təşkil edilib

Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir

Arterial hipertoniya zamanı optimal müalicə üsulunu seçmək üçün risk faktorlarını öyrənmək vacibdir

Naxçıvanda Beynəlxalq Muzeylər Günü qeyd olunub

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

Şəkər xəstəliyindən kişilər daha çox əziyyət çəkirlər

® “Towards COP29” şüarı altında “Sustainable Construction Summit” zirvəsi keçirilib

“Qarabağ”ın aşağı yaş qrupları üzrə komandaları Qətərə yollanıb

Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub

Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar bir neçə mərkəzi küçədə nəqliyyatın hərəkəti yenidən təşkil edilir

Niderland “Caspian Agro” sərgisində 8 şirkətlə təmsil olunur

Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb: bir nəfər ən yüksək bal toplayıb

Azərbaycanın turizm imkanları Çində sərgilənir

İxrac neft və qaz boru kəmərində şərti qəzanın aradan qaldırılması ilə bağlı təlim keçirilib

Tarixi Azərbaycanın toponimlərinə dair kitab hazırlanır

“Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanunun uğurlu realizəsi ali niyyətlərə sadiqliyi göstərir ŞƏRH

Azərbaycan və Danimarka futbol sahəsində əməkdaşlıq edə bilər

Sırski: Rusiya ordusu Ukraynada döyüş zonasını 70 kilometr genişləndirib

Dövlət İmtahan Mərkəzi və Dövlət Məşğulluq Agentliyi DOST TV-də birgə layihəyə başlayıb

Milli Teatrda “İblis və...” tamaşasının məşqlərinə başlanılıb

Britaniya Memarlarının Kral İnstitutunun nümayəndə heyəti AzMİU-da

“Ədibin evi”ndə “Füzuli və Mir Cəlalın yaradıcılığı” mövzusunda tədbir keçirilib

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Ağsuda vətəndaşlarla görüşüb

Azərbaycanın iki boksçusu finala yüksəlib, üçü bürünc medal qazanıb

Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib

Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub

İqtisadiyyat İnstitutunun doktoranturasına müraciət edənlərin sayı açıqlanıb

® “Unibank”ın biznes üçün “Bahar endirimi” kampaniyası davam edir

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4 ay ərzində 13 layihə maliyyələşdirilib

Fizika İnstitutu ilə AzMİU arasında memorandum imzalanıb

Füzuli, Ağdam və Cəbrayılın bəzi kəndlərində vətəndaşlara aylıq müavinətin ödənilməsi dayandırılıb