Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib

Bakı, 12 dekabr, AZƏRTAC

Xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin sədrliyi ilə keçirilən görüşdə, eyni zamanda, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi, Avropa İttifaqı üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri iştirak edib.

Tədbir ali nümayəndə Cozef Borrellin və komissar Oliver Varhelyinin çıxışı ilə başlayıb.

Görüşdə ŞT çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti, Aİ ilə tərəfdaş ölkələr arasında münasibətlərin gələcək perspektivləri və regional təhlükəsizlik məsələləri ətrafında müzakirə aparılıb.

Xarici işlər naziri Ceyhun Bayramov tədbir zamanı çıxışında görüşün ŞT çərçivəsində əməkdaşlığın nəzərdən keçirilməsi, habelə növbəti addımlar baxımından mühüm fürsət olduğunu diqqətə çatdırıb.

Şərq Tərəfdaşlığı prioritetlərinin regionun reallıqlarına, habelə davam edən regional təşəbbüslərə uyğunluğunun vacib olduğunu bildirən nazir Ceyhun Bayramov bu platformanın düzgün yanaşma və mövcud regional inkişaf tendensiyalarına uyğunlaşma yolu ilə Aİ-nin regionla əməkdaşlığına müsbət töhfə verə biləcəyinə inamını ifadə edib.

Azərbaycanın Aİ-Mərkəzi Asiya Strategiyasına uyğun olaraq regional nəqliyyat, enerji və rəqəmsal əlaqəni artırmaq məqsədilə Mərkəzi Asiya tərəfdaşları ilə əməkdaşlığı, o cümlədən onların müvafiq ŞT tədbirlərində potensial iştirakını tam dəstəklədiyi və təşviq etdiyi bildirilib.

Nazir Ceyhun Bayramov çıxışında Cənub Qaz Dəhlizinin genişlənən potensialına toxunub, əlavə qaz həcmlərinin çatdırılması, eləcə də yaşıl enerjinin Avropaya potensial ixracı prioritetlərimizdən, ölkəmizin yaşıl enerji keçidinə qoyduğu sərmayələrdən, habelə Orta Dəhlizin əhəmiyyətindən söz açıb. Orta Dəhlizin rəqəmsallaşdırılmasının şəffaflığın təmin edilməsi və tranzitin asanlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi, rəqəmsal transformasiyanın ŞT çərçivəsində üfüqi prioritet ola biləcəyi diqqətə çatdırılıb. Ölkəmizin COP29 sədrliyinə verilən dəstəyin xüsusi əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin çıxışında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb.

Bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmət edilməsinin Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yol olduğu vurğulanıb.

Azərbaycanın öz haqlı narahatlığını hərtərəfli və açıq şəkildə ifadə etməsinə baxmayaraq, bəzi Aİ üzv dövlətləri tərəfindən qızışdırıcı ritorikanın və birtərəfli addımların davam etdirilməsindən narahatlıq ifadə edilib.

Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək kimi bəyan etdiyi məqsədlərə nail olmadığı, əksinə Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğu, Ermənistanı, o cümlədən Aİ vasitəsilə silahlandırmaq kimi daha sabitliyi pozan təşəbbüslərinin Aİ-nin “tərəfsiz vasitəçi” kimi etibarına və ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında normallaşma səylərinə xələl gətirdiyi bildirilib. Bir tərəfdaşı digərinə qarşı silahlandırmaq və ya başqa şəkildə istismar etmək heç bir halda Şərq Tərəfdaşlığının elan edilmiş məqsədləri ilə uzlaşmadığı diqqətə çatdırılıb.

Sonda qeyd olunan çağırışları nəzərə alaraq nazir Ceyhun Bayramov bir daha bütün aidiyyəti tərəfləri Ermənistan və Azərbaycan arasında normallaşmaya zərər verməməyə çağırıb.

Görüş digər Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin çıxışları ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliya mətbuatı Bakıda Cənub Qaz Dəhlizi ilə bağlı keçirilən iclaslardan yazıb

Qod Nisanova “Dostluq” ordeni təqdim olunub

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxışına Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Türkiyə 2030-cu il üçün “Togg” elektromobillərinin istehsalını 1 milyona çatdırmağı planlaşdırır

Krasnodarda erməni odlu silahdan atəş açaraq afrikalı biznesmeni öldürüb

Türkiyədə “Şərq ekspresi”nə yeni alternativlər işə salınacaq

Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəxs ölüb

ADPU-nun Şəki filialında M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunan intellektual yarış təşkil edilib

Heydər Əliyev Mərkəzində “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı olub

Almaniya Bundestaqının nümayəndələri Milli Məclisdə olublar

Finlandiyanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçirilib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz YAP nümayəndə heyətini qəbul edib

ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin açılışı olub

YAP nümayəndə heyəti III Antalya Diplomatiya Forumunda iştirak edir

Premyer Liqa: “Sumqayıt” doğma meydanda “Kəpəz”ə məğlub olub

AzTU və Hacettepe Universiteti ömürboyu öyrənmə üzrə əməkdaşlığa başlayıb

Ceyhun Bayramov: TDT-yə üzv dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir

Azərbaycan-Slovakiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsi vacibdir

Vergi güzəştləri təhsil, səhiyyə, idman, mədəniyyət və incəsənət kimi sahələrin inkişafını dəstəkləyir

Son bir ayda Azərbaycanda COVID-19 infeksiyasına 514 yoluxma faktı qeydə alınıb

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası plenar sessiyalarla davam edib

Bundestaqın deputatı: Almaniya ərazi bütövlüyü və sülh məsələsində Azərbaycanla birlikdədir

Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir VİDEO

Azərbaycan Metrologiya İnstitutunda 20 yeni laboratoriya yaradılır

Energetika naziri və Avropa İttifaqının energetika məsələləri üzrə komissarı mətbuat üçün bəyanat yayıb

Göyçayda kanalda batdığı ehtimal olunan kişinin axtarışları davam edir

Pərviz Şahbazov: Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində ən böyük iclası keçirilib

Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında nəşr Londonda kitabxanaya hədiyyə edilib

Gürcü nazir: Gürcüstan Cənub Qaz Dəhlizi təşəbbüsünün tammiqyaslı inkişafına yönəlmiş layihələri dəstəkləyir

Kobud və təhlükəli qayda pozuntusuna yol verən sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb

SOCAR-ın Rumıniya bazarında fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

Masallıda “Mercedes” markalı iki avtomobil toqquşub, yaralılar var

SOCAR-ın prezidenti Moldovanın energetika naziri ilə görüşüb

Səfir: Slovakiya Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Dövlət satınalmalarına nəzarət tədbirləri nəticəsində 9,5 milyon manata qənaət edilib - YENİLƏNİB

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycana işgüzar səfəri başa çatıb

Kadri Simson: Avropada fəaliyyət göstərən bir sıra şirkətə Azərbaycana sərmayə yatırmasını tövsiyə etmişəm

Azərbaycan və Rumıniya arasında ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib

Azərbaycan bu il istehsal edəcəyi təbii qazın yarısını ixrac edəcək VİDEO

Prezident İlham Əliyevin Albaniyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub VİDEO

Azərbaycanda aşağı yaş qrupları üçün voleybol akademiyasının yaradılması müzakirə olunub

Energetika naziri: Bizim istənilən qədər qaz rezervuarımız var VİDEO

Sumqayıtda qətl törədən şəxs intihara cəhd edib

Levan Davitaşvili: Azərbaycan, Gürcüstan və Türkiyənin sıx əməkdaşlığı Cənub Qaz Dəhlizinin imkanlarını daha da artırır

Kadri Simson: Avropa Azərbaycandan daha çox qaz almaq istəyir VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub YENİLƏNİB 2 VİDEO

“Qarabağ”ın legioneri: “Braqa” üzərində qələbə Azərbaycan futbolunu beynəlxalq arenada daha da tanıtdı

Kadri Simson: Azərbaycan etibarlı tərəfdaş olduğunu nümayiş etdirib VİDEO

Azərbaycanın enerji diplomatiyası regional inkişafa və təhlükəsizliyin gücləndirilməsinə xidmət edir

Səhiyyə Nazirliyi Laçında reproduktiv sağlamlıq mövzusuna həsr olunan maarifləndirici aksiya və konsultasiyalar təşkil edib

Üçqat dünya çempionu İlham Zəkiyev “Məktəbdə...” layihəsinin qonağı olub

Böyük Britaniya sularında dəniz şlakının yeni növü aşkarlanıb

“ASAN Məktub” sosial proqramı cari il bir sıra regionlar üzrə 374 uşağın arzusunu reallaşdırıb

Prezident Ərdoğan: Ermənistanla normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəyik

Ədəbiyyat Muzeyinin Aran regional filialında Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub

Bakı metrosundakı problem aradan qaldırılıb  YENİLƏNİB

Akademik Musiqili Teatrda “Mən dəyərəm min cavana” 90-cı dəfə nümayiş olunacaq

Muxtar respublikada quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq aparılıb

Dağılmış və yenidən hədəfdə olan Xarkov – AZƏRTAC-ın XÜSUSİ REPORTAJI VİDEO

FHN-in təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

“Braqa”lı futbolçunun Bakıda vurduğu qol ayın ən yaxşısı seçilib

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Nəzrin Nəzir

Bu il Somalidə 7 milyona yaxın insanın yardıma ehtiyacı olacaq

Ötən ay Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə 3675 müraciət daxil olub

“Qarabağ” və “Bayer” iştirak ərizələrini UEFA-ya təqdim edib

MEK-də kitabxanaçılar üçün beşgünlük təlim başa çatıb

“Parla” təqaüd proqramı həyata keçirilir

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

Salyanda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Orta Dəhlizin inkişafı Avropa və Şərqi Asiya üçün əhəmiyyətlidir

Almaniyalı deputatlar Böyük Qayıdışın müxtəlif aspektləri barədə məlumatlandırılıb

Saatlıda kənd sakininin ölümü ilə nəticələnən qəza baş verib

Taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri görülür

® Növbəti “Azercell” mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci olub

“Yaşıl kitabxanalar” - elmi seminar

Yüksək məhsuldarlıq göstəricilərinə görə fərqlənən fermerlər mükafatlandırılıb

Adil Əliyev: Fransanın məqsədi Ermənistanı özündən asılı vəziyyətdə saxlamaqdır

Kadri Simson: Biz təmiz enerjini Avropa İttifaqı-Azərbaycan münasibətlərinin əsas hissəsinə çevirdik

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Antalyada görüşüblər

Azərbaycan günəş, külək enerjisi layihələri üzrə “Nobel Energy” və “Elecnor” şirkətləri ilə əməkdaşlıq edəcək

Qanunsuz balıq ovlayanlar saxlanıldı

“Qırmızı Körpü” gömrük postunda gözləyən yük maşınlarının sayı artıb

® Kreditlərinizi “Kapital Bank”a gətirin daha sərfəli şərtlər əldə edin

Mexikonun milyonlarla sakini su çatışmazlığı ilə üzləşib

® EY Azərbaycan “EY İlin İş Adamı” müsabiqəsinin 20 iştirakçısını elan etdi

AFFA rəhbərliyi “Kəpəz” Futbol Akademiyasına baxış keçirib

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin 6-cı iclası keçirilib

Türkiyə və Rusiyanın XİN rəhbərləri Antalyada görüşüblər

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

“YAŞAT” Fondunun “Onlar bizə əmanət” layihəsi davam edir

Albaniyanın Baş naziri: Azərbaycan qazı və Xəzər hövzəsi bizim birgə gələcəyimiz üçün mühüm rol oynayır

Boks millisinin baş məşqçisi: İtaliyada minimum iki və ya üç lisenziya qazanacağıq

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti ilə bağlı ictimai dinləmə keçirilib

Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

Daxili işlər naziri Şamaxıda vətəndaşlarla görüşəcək

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib
Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4 VİDEO

Son vaxtlar insanlar arasında artan “elektrik vurması” probleminin səbəbi nədir?

Polşa Slovakiya ilə sərhəddə nəzarəti dayandıracaq

Bəxtiyar Həsənov: Moskva azərbaycanlıları Qarabağa “Böyük Qayıdış” proqramının icrasını qürur hissi ilə izləyirlər

“Zirə” sabiq futbolçusunu transfer edib