XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
İyulun 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev respublikamızda səfərdə olan ABŞ Dövlət Departamentinin Cənubi-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Mərkəzinin hüquqi məsələlər üzrə əlaqələndiricisi Con Markini qəbul etmişdir.
Nazir V.Quliyev Cənubi-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Mərkəzi ilə Azərbaycan arasında mövcud olan əlaqələrin bir çox sahələrdə inkişaf etdiyini xüsusi qeyd edərək, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə inandığını bildirmişdir. Nazir həmçinin Azərbaycanı gələcəkdə bu qurumun sıralarında müşahidəçi kimi yox, tam hüquqlu üzv kimi görmək istədiyini qeyd etmişdir.
Görüş zamanı Vilayət Quliyev respublikamızdakı ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqişəsinin həlli istiqamətində aparılan işlər, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı və bir sıra iqtisadi layihələrdə iştirakı haqqında qonağa ətraflı məlumat vermişdir.
Öz növbəsində Con Marki Cənubi-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Mərkəzinin Azərbaycanla səmərəli əlaqələrin davam etdirilməsinə tərəfdar olduğunu bildirmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]