Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xətai rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirilib

Bakı, 3 may, AZƏRTAC

Xətai rayonunda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin YAP Xətai rayon təşkilatının foyesindəki büstü önünə qızıl gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

Sonra akt zalında davam edən tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması ölkəmizdə bir ənənəyə çevrilib. Ümummilli Liderin doğum gününün belə əhval-ruhiyyə ilə qeyd olunması ümumilikdə xalqımızın dövlətə, dövlətçiliyimizə hörmət və ehtiramının bariz ifadələrindən biridir. Bununla Azərbaycan xalqı ölkəmizin həyatında və tarixində müstəsna xidmətlər göstərmiş Ümummilli Liderimizin rolunu, uğurlu tarixi missiyasını dəyərləndirir, ona hörmət və ehtiramını bildirir.

H.Mirələmov qeyd edib ki, tarixdə şəxsiyyət amili xalqların, dövlətlərin inkişafında əhəmiyyətli rol oynayır. Hər bir xalq lideri ilə tanınır. Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünkü uğurlarımız üçün möhkəm baza yaradan ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində böyük rolu vardır.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinin hər birimizin həyatında önəmini xüsusi vurğulayıb. Bildirib ki, bu illər Azərbaycanın tarixinə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur duya biləcəyi uğurları yazıb. O uğurları ki, bu gün ölkəmiz həmin təməl üzərində daha da möhkəmlənir, qüdrətlənir, yeni-yeni hədəflərə doğru inamla addımlayır.

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünü paralel şəkildə təhlil edərək bildirib ki, hər iki dövr Azərbaycanı inkişaf etdirmək, imzasını imzalar arasında görmək istəyinin nümayişi ilə xarakterizə olunur. Ümummilli Lider hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil görmək istəyini atdığı addımları ilə təsdiqləyirdi. Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, həmçinin C.Naxçıvanski adına hərbi liseyin yaradılması və s. kimi mühüm addımlar bu günümüz üçün möhkəm təməl rolunu oynayıb.

YAP Siyasi Şurasının üzvü Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günümüzə qədər uzanan davamlı inkişaf yolunu geniş şərh edərək bildirdi ki, böyük şəxsiyyətlərin doğum günü olur, amma ölüm günü olmur. Onların ideyaları daim dövlətin, xalqın qarşısında yeni-yeni üfüqlər açır. Dahi şəxsiyyət Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır.

“Ulu öndər Heydər Əliyevin bütövlükdə həyatı, fəaliyyəti, ideyaları bir məktəbdir. Bu məktəb bu gün də davam edir, Azərbaycanın davamlı inkişafına xidmət göstərir”,- deyən Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova bildirib ki, Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas edib inkişaf, tərəqqi yoluna çıxaran ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından saatlarla, günlərlə danışmaq olar. Vətəninə, xalqına bağlı olan Heydər Əliyevin bütün soydaşlarımızı bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırışı bu gün hər birimizin fəaliyyətinin əsasını təşkil edir. Bu gün fəxr hissi ilə qeyd edirik ki, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar öz ölkələrinin təbliğatçısıdır, davamlı inkişafımıza töhfə vermək üçün ciddi səylər göstərirlər.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, illər keçdikcə, yeni ab-hava formalaşdıqca, biri-birindən əhəmiyyətli işlər görüldükcə daha dərindən dərk olunur ki, bu uğurların təməlində dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş siyasəti dayanır. Son 15 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyev fəlsəfəsinin, Azərbaycanı inkişafa aparan strategiyanın düsturunu dünyaya təqdim edir. Ölkəmizin iqtisadi uğurları davamlıdır. Daxili siyasətimizin davamı kimi dəyərləndirilən xarici siyasətdə də uğurlarımızın miqyası genişdir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi müstəqillik tarixində uğurlarımızın, ən əsası haqqa, ədalətə söykənən mövqeyimizə verilən dəyərin göstəricisidir.

S.Seyidov bildirib ki, ulu öndər Heydər Əliyevin tezisləri sırasında “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri əsas yer tuturdu. Ümummilli Liderin uzaqgörənliklə qeyd etdiyi bu fikir təbii ki, həyata keçirilən siyasətin önündə dövlət maraqlarının dayanmasına əsaslanırdı. Azərbaycan Ulu Öndərin gələcəyə hesablanmış siyasəti nəticəsində çox qısa zamanda dünya birliyinin layiqli üzvünə çevrildi. Bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilən Azərbaycan ev sahibliyi etdiyi tədbirlər vasitəsilə reallıqlarını dünyaya çatdırır. Bu gün bu mühüm uğurumuzu da xüsusi qeyd edirik ki, dünyanın yeni xarici siyasəti Azərbaycanda müzakirə olunur. Bu, Heydər Əliyev siyasətinin nəticəsidir.

Tədbirdə YAP sıralarına yeni daxil olanlara partiyanın üzvlük vəsiqəsi təqdim olunub.

Sonda dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional məsələləri müzakirə edib

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib

Bakı İlahiyyat Kollecinə dini mənəvi xidmət ixtisası üzrə qəbul üçün qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə