Xəzər Universiteti reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri sırasında
Bakı, 4 aprel, AZƏRTAC
“Times Higher Education” aprelin 3-də ilk dəfə BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyənləşdirərək, “THE University Impact Rankings 2019” reytinq cədvəlini nəşr edib.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, reytinqin ilk nəşrində 76 ölkədən 462 universitetin adı yer alıb. Azərbaycandan ilk dəfə Xəzər Universiteti reytinq siyahısına daxil edilib. Universitet “Təhsilin keyfiyyəti” üzrə “301+”, “Sənaye, innovasiya və infrastruktur” üzrə 201-300-cü sırada qərarlaşıb.
Xəzər Universitetinin bu siyahıya daxil edilməsi Azərbaycan təhsili üçün böyük nailiyyətdir və bu ali məktəbin tədris, tədqiqat və biliyin ötürülməsi sahəsində “Dayanıqlı İnkişaf Məqsədləri”nə dəstəyini təsdiq edir.
BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” bütün ölkələrdə düzgün iqtisadi və sosial davamlı inkişafa nail olmaq üçün nəzərdə tutulub. Bu məqsədlər 2015-ci ildə daha yaxşı dünya yaratmağın yolunun əməkdaşlıqdan keçdiyini vurğulamaq məqsədilə BMT-yə üzv ölkələr tərəfindən qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]