Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xınalıq - buludların üstündə unikal yurd yeri REPORTAJ

Xınalıq, 28 sentyabr, L.Muradzadə, foto-T.Babayev, AZƏRTAC

Azərbaycanın əsrarəngiz təbiəti olan rayonlarından biri - Quba ərazisində yerləşən Xınalıq kəndi qədim Albaniyadakı xınalıqlıların varislərinin yaşadığı gözəl bir məkandır. Əsrlər boyu onların həyat tərzi dəyişməyib. Bu yaşayış məskəni Böyük Qafqaz dağları silsiləsinin şimal tərəfindəki çökəklikdə, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşir. Burada dağların qarlı zirvəsindəki mənzərəli peyzaj heyranedicidir, kəndin təmiz havası isə baş gicəlləndirir.

Azərbaycan Respublikası Prezidentinin bu il sentyabrın 4-də imzaladığı Sərəncamla Dövlət Turizm Agentliyinin nəzdində “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Bir neçə gün əvvəl isə UNESCO Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qoruğun ərazisini əhatə edən Xınalıq kəndinin mədəni landşaftı və “Köç yolu” marşrutu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

AZƏRTAC-ın müxbiri Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təşkil olunmuş mediatur çərçivəsində unikal və qədim Xınalıq kəndi ilə yaxından tanış olub.

Kəndin adının mənşəyi ilə bağlı bir neçə versiya var. Rəvayətə görə, kəndin adı burada yerləşən xına rəngli dağlardan və ya xına rəngi ilə eyni olan parlaq narıncı rəngli bir bitkinin adından yarana bilərdi. Bəzi versiyalara görə, Xınalıq adı ilə XI əsrə aid Albaniyanın Xeno (Xena, Xeni) şəhərinin adı arasında əlaqə var. Hazırda bu şəhərin qalıqları Rusiya Federasiyasının ərazisində - Dağıstanla Azərbaycan sərhədində yerləşir.

Xınalıq coğrafi adına ilk dəfə tarixçi Mahmud Əl Xınaluqinin “XIV-XV əsrlərdə Dağıstan və Şirvanda hadisələr” əlyazmasında rast gəlinir. Xınaluqi - Mahmudun götürdüyü təxəllüsdür. Yeri gəlmişkən, əlyazma Xınalıq adının yer aldığı ilk yazılı mənbədir.

İnsanların yüksək dağlarda məskunlaşması haqqında ilk məlumatlar eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərinə təsadüf edir. Bu məlumatlar 2010-2012-ci illərdə aparılan arxeoloji tədqiqatlar nəticəsində əldə edilib.

  Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı İdris Əliyev deyir: “Bir çoxlarında belə bir fikir var ki, xınalıqlılar ancaq maldarlıq və əkinçiliklə məşğul olublar. Amma tədqiqat zamanı biz Xınalığa gedən yolda II minilliyə aid kurqan və Kür-Araz mədəniyyətinə aid olan böyük “Zangar-Xınalıq” yaşayış məskəni aşkar etdik. Qeyd edim ki, belə yüksəklikdə çoxqatlı abidələrə çox nadir hallarda rast gəlinir. Kür-Araz mədəniyyəti sivilizasiyanın ilkin mərhələlərindən biridir və məlum olduğu kimi Naxçıvandan İraqa və İrana yayılıb.

Biz burada orta Tunc dövrünə - eramızdan əvvəl IV minilliyə aid qəbirlər də aşkar etdik. Belə ərazilərdə arxeoloji qazıntılar aparmaq asan deyil, çünki yer dağlıq və qayalıqdır. Amma buna baxmayaraq, işimizi davam etdiririk”.

Onun sözlərinə görə, ilk Tunc dövrünə aid aşkar edilmiş tapıntılar kəndin Böyük Qafqaz dağlarının cənub yamacında yerləşən digər yaşayış məntəqələri ilə sıx əlaqədə olduğunu göstərir.

“Xınalıq ərazisindən tapılan maddi-mədəniyyət nümunələri Qafqaz Albaniyasının digər yaşayış məntəqələrində dəfn mərasimlərində istifadə olunan əşyalara bənzəyir. Burada kəndin yaranma tarixi ilə bağlı erkən və orta Tunc dövrünə aid maddi-mədəniyyət abidələri də aşkar edilib. Nümunə olaraq, bu dövrə aid tapılmış sikkələr, zinət əşyaları, sancaqları göstərmək olar. Qeyd edim ki, bu sancaqlar Azərbaycanın başqa heç bir yerində yoxdur, ölkədən kənarda isə Rusiya Federasiyasının Dağıstan ərazisində tapılıb. Bundan başqa, bu ərazidə Bizans və Sasani imperiyalarına aid artefaktlar aşkar edilib və bu, kəndin ərazisinin vaxtilə Bizans, ərəb və xəzərlərin qarşıdurma məkanı olduğunu deməyə əsas verir”, - deyə alim qeyd edir.

Xınalıqda tarixi-mədəni irsin qorunub saxlanması istiqamətində təmir-bərpa işləri aparılır

“Bu il Quba rayonunun Xınalıq kəndində 20 evdə təmir-bərpa işləri aparılır. Hava şəraiti imkan versə, bu evlərin təmir-bərpa işləri vaxtında, ilin sonuna kimi başa çatdırılacaq. Ümumilikdə, 2021-ci ildən 2024-cü ilə qədər - dörd il ərzində Xınalıqda 60 ev təmir və bərpa olunacaq. 2021-ci ildə 16 ev, 2022-ci ildə isə 11 ev sakinlərə təhvil verilib. 2024-cü ilədək qalan evlərdə də təmir-bərpa işləri aparacağıq”. Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Təbiət Qoruqlarının İdarə edilməsi Mərkəzinin tikinti sektorunun müdiri Elşən Ağalarov deyib. O qeyd edib ki, Xınalıq tarixi məkan olduğundan, evlər kəndin özünəməxsus memarlıq üslubuna uyğun bərpa olunur.

Mal-qara ötürmə marşrutu - “Köç yolu”

Tarixən Xınalıq sakinlərinin əsas məşğuliyyəti köçəri maldarlıq olub. Köçəri həyat tərzi onların adət-ənənələrində, dillərində, inanclarında özünü göstərir. Köç marşrutunun uzunluğu 200 kilometrdir. Marşrut beş inzibati rayonun - Qusar, Quba, Şamaxı, Qobustan və Hacıqabulun ərazisindən keçir. Qədim marşrutlar, müvəqqəti otlaqlar və ərazilər, məqbərələr və məscidlər daxil olmaqla, üzvi şəkildə inkişaf etdirilən şəbəkə ekstremal ekoloji şəraitə uyğunlaşdırılmış davamlı ekoloji-sosial sistem nümayiş etdirir.

Ərazinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, Azərbaycanın tarixi-mədəni irsinin bu nadir nümunəsinin əhəmiyyətinin beynəlxalq səviyyədə tanınması Xınalığın mədəni landşaftının və “Köç yolu”un gələcək nəsillər üçün qorunub saxlanmasına kömək edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub