Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev yürüşdə iştirak etmişdir

Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Bakıda XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yürüşdə iştirak etmişdir.

Paytaxtın Azadlıq meydanından başlayan, 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.

Ön sırasında Prezident İlham Əliyevin olduğu yürüş iştirakçıları Azadlıq meydanından Xocalı soyqırımının qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başladılar. Ümumxalq yürüşünün iştirakçılarının və onların keçdiyi prospekt, küçələr boyu düzülmüş minlərlə gəncin əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 20 il bundan əvvəl baş vermiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadları yazılmış plakatlar və transparantlar var idi. İzdihamın başı üzərində “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı - XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar yazılmış minlərlə plakat və transparant dalğalanırdı.

İnsanların hüznlü çöhrələrinə baxanda görünürdü ki, ötən 20 il Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətlərini yaddaşlardan silməmişdir. Bircə gecədə yerlə-yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir.

Bütövlükdə bu ümumxalq yürüşünü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin kulminasiya nöqtəsi hesab etmək olar. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözləri qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

Xocalı soyqırımı qurbanlarının abidəsinin yanında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva abidənin önünə tər çiçəklər qoydular.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.

Ümumxalq yürüşündə iştirak edən insanlar abidə önündə soyqırımı qurbanlarının xatirəsini hüznlə yad edərək, “Xocalıya ədalət”, “Xocalını unutmayın”, “Xocalı - əsrin soyqırımı” şüarlarını səsləndirmişlər.

X X X

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələr Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmışdır. O gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə hücum etmiş və onun dinc əhalisinə amansızcasına divan tutmuşlar. Aylarla blokadada qalaraq zəifləmiş Xocalı şəhərinin müdafiəçiləri sayca onlardan qat-qat çox olan, təpədən-dırnağa qədər silahlanmış ermənilərin hücumunu dəf edə bilməmişlər. Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülmüş, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanmış, 1275 nəfər girov götürülmüş və insanı alçaldan işgəncələrə məruz qalmışdır, 150 nəfərin taleyi hələ də məlum deyildir. 8 ailə tamamilə məhv edilmişdir. Bu rəqəmlər insanı dəhşətə gətirir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülmüş, işgəncələrə məruz qalmış və şikəst edilmişlər.

Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılmış və yeganə bir məqsədlə törədilmişdir - dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

Faciənin 20-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində vurğulandığı kimi, XX əsrin sonunda bütün dünyanın gözü qarşısında törədilmiş, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən qanlı səhifəsi olmuşdur. Dövlət başçısının müraciətində deyilir: “Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür”.

Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmışdır. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılmış, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olmuş, bilmişlər ki, onlar öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları qətlə yetirməkdən çəkinmirlər. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanımış və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırmışdır. Pakistan və Meksika parlamentləri də bu qırğının soyqırımı aktı kimi tanınması haqqında qətnamələr qəbul etmişlər.

Bu il Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100 nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır.

Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilir, uşaq rəsmləri sərgiləri təşkil olunur. Qardaş Türkiyədə, Böyük Britaniyada və bir sıra digər Avropa dövlətlərində, müsəlman ölkələrinin çoxunda keçirilmiş anım tədbirləri ictimaiyyət arasında böyük əks-səda doğurmuşdur.

Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində deyilir: “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.

Dövlətimizin başçısı əmin olduğunu bildirmişdir ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

X X X

Fevralın 26-da bütün gün ərzində Xocalı soyqırımı qurbanlarının abidəsi önünə insan axını davam etmişdir. On minlərlə insan soyqırımı abidəsini ziyarət etdi. Abidənin önünə tər çiçəklər qoyuldu, şəhidlərin ruhuna dualar oxundu. Mərasim iştirakçıları ümidvardırlar ki, Azərbaycanın haqq səsi eşidiləcək, ermənilərin mənfur əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcək, Xocalı qırğınının təqsirkarları haqlı cəzalarına çatacaq, Azərbaycan xalqı işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elektrik şəbəkəsinə dair qaydalar təsdiqlənib

Baş Prokurorluq: Elektrik dirəyindən yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır

Mütəxəssis: Fiziki aktiv həyat tərzi ürək-damar xəstəliklərinin qarşısının alınmasında zəruri komponentidir

Türkiyənin 16 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən 45 nəfər saxlanılıb

Şərqşünas alim Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsəri türk dilinə tərcümə olunub

Orta Dəhlizlə göndərilən Çinin ilk yük avtomobilləri ASCO gəmisi ilə Azərbaycana çatdırılıb

Şöhrəti Yaponiyaya qədər gedib çatan Saatlının biyan balı REPORTAJ

Bayden-Tramp debatı ABŞ-da seçki öncəsi vəziyyəti dəyişib

Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində hərəkət məhdudlaşdırılacaq

Brüsseldə keçirilən konfransda Azərbaycanın mina problemindən, onun ekoloji və humanitar fəsadlarından danışılıb

Almaniyada həqiqi hərbi xidmət bərpa oluna bilər

Naxçıvan gömrüyündə müasir tələblərə cavab verən standartlar tətbiq olunur - mediatur

“Şuşaya bayraq asan cəngavər” kitabının təqdimatı olub

Azərbaycan və Kamerun Gimnastika federasiyaları arasında əməkdaşlıq genişləndirilir

Peşəkar mühasib sertifikatı imtahanı ilə bağlı canlı yayım ediləcək

Dövlət İdarəçilik Akademiyası tələbələrinin “Məzun günü” keçirilib

FHN: Ötən sutka ərzində 63 halda yanğına çıxış olub

Prezident İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Baş prokuror Daşkəsəndə vətəndaşları qəbul edəcək

DSMF: Bu ilin altı ayında 53 minə yaxın elektron arayış alınıb

Dövlət Komitəsi Xocalı şəhərinə infotur təşkil edib

Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür

Sabah Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçiriləcək

“Duo-Avey”: Gənc azərbaycanlı istedadlar Parisdə Azərbaycan musiqisi ifa edirlər

Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə finala yüksəlib

® Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

Avropa çempionu: Məşqçilərimin üzərimdə olan əməyi danılmazdır

Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıb

Şamaxıda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

III “Yüksəliş” müsabiqəsinin qalibinin təklifləri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin gündəliyinə daxil edilib

Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir

Azərbaycanın ŞƏT-in Sammitinə dəvət olunması Prezident İlham Əliyevin dünya liderləri arasındakı nüfuzunu növbəti dəfə təsdiqlədi - Siyasi şərhçi

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

Orban Moskvaya mümkün səfəri barədə yayılan məlumatı təsdiqləməyib

“Öz teatrını yarat” adlı ilk seminar Akademik Milli Dram Teatrında təşkil olunacaq

Paşinyan Ermənistana yeni konstitusiya lazım olduğunu bir daha bəyan edib

Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi keçirilib

DİN: 1 avtomat silahı və 2 tüfəng təhvil götürülüb

Bu gün qlobal aktorlar Azərbaycanla əməkdaşlıq imkanlarını dəyərləndirmək fürsətlərindən maksimum yararlanmağa çalışırlar - RƏY

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kipr Bahçeşehir Universitetinin rəhbərliyi TƏBİB-in fəaliyyəti barədə məlumatlandırılıb

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan edilib

Leyboristlər Partiyası Britaniyada keçirilən parlament seçkilərində qalib gəlib

Avro-2024: Bu gün 1/4 final mərhələsinə start veriləcək

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 91 dolları ötüb

Prezident İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib YENİLƏNƏCƏK

İranda prezident seçkilərinin ikinci turu başlayıb

Xankəndi Konqres Mərkəzinin təməli qoyulub YENİLƏNƏCƏK

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

DİN: Ötən gün 32 cinayətin üstünün açılması təmin olunub

Amerika Kuboku: İlk yarımfinalçı müəyyənləşib, Messi penaltidən fərqlənə bilməyib

Prezident İlham Əliyev Xocalı hava limanında olub YENİLƏNƏCƏK

Bakıda tozlu hava müşahidə olunur

Kolumbiyada partlayıcı qurğunun işə düşməsi nəticəsində 6 əsgər həlak olub

Çin “Tianhui 5-02” uzaqdan zondlama peykini uğurla orbitə buraxıb

Rütubətli hava ilə necə mübarizə aparmaq olar?

Media: Rusiya aviasiyası Ukraynaya veriləcək F-16-ları tez məhv edəcək

Azərbaycan bəstəkarının musiqi albomu Almaniya və ABŞ-da işıq üzü görüb

Britaniyada “exit-poll”un nəticələri açıqlanıb, Leyboristlər hakimiyyətə gələ bilər

Britaniyada parlament seçkilərində səs vermə başa çatıb

Fransada parlament seçkilərində respublikaçıların namizədlikdən çəkilməsi gözləntilərə həlledici təsir edəcək - SORĞU

Şəkidə fərdi yaşayış evində yanğın olub

“Reuters”: Makronun oyunu Avropanın gələcəyini təhlükə altına salır

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir