CƏMİYYƏT
Yanğın təhlükəsizliyi tələblərini pozmuş obyektlər barədə qanunamüvafiq tədbirlər görülüb
Bakı, 3 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, DYNX tərəfindən nəzarət tədbirləri çərçivəsində paytaxtda və respublikanın müxtəlif rayonlarında bir sıra qeyri-yaşayış obyektlərində yanğın-texniki müayinələr keçirilib. Müayinələr zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, xüsusilə tələblərə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkarlanıb.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektlərin cavabdeh şəxsləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilib, təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb və gələcəkdə istifadə olunmamasına dair ərizələr alınıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
FHN bir daha vətəndaşlara müraciət edərək bildirir ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır. Nazirlik xatırladır ki, bazar və yarmarkaların ərazisində, zirzəmi və kürsü mərtəbələrində propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]