DÜNYA
Yaponiya Koreya Xalq Demokratik Respublikasının raket sınaqlarına etirazını bildirib
![Yaponiya Koreya Xalq Demokratik Respublikasının raket sınaqlarına etirazını bildirib](/files/2014/2/1200x630/14087125135294429760_1200x630.jpg)
Tokio, 27 iyul (AZƏRTAC). Yaponiya hökuməti iyulun 26-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) keçirdiyi raket sınaqlarına etirazını bildirilib.
Bu barədə bəyanat Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə qarşı tərəfə çatdırılıb. Sənəddə bildirilir ki, həmin raket buraxılışları BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarının pozulması deməkdir.
Yaponiya hökumətinin rəsmi nümayəndələrinin bildirdiyinə görə, bu buraxılışlar nəticəsində hava və dəniz nəqliyyatına dəyən zərər barədə məlumat hələ əldə edilməyib.
Latın Amerikası ölkələrində səfərdə olan Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ və Koreya Respublikasının əlaqədar qurumları ilə birlikdə KXDR-in son raket buraxılışları ilə bağlı informasiyaların toplanması barədə göstəriş verib. Ş.Abe hava və dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsini və hadisə ilə bağlı cəmiyyətin qısa zamanda tam məlumatlandırılmasını da tapşırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri,
Tokio