DÜNYA
Yaponiyada ənənəvi Ava Odori rəqs festivalı başlayıb VİDEO
Tokio, 13 avqust (AZƏRTAC). Avqustun 12-də Yaponiyanın qərbində yerləşən Tokuşima şəhərində ölkənin ən populyar yay festivallarından biri olan Ava Odori rəqs festivalı başlayıb.
Həmin gün axşam ənənəvi yukata və happi yay paltarları geymiş rəqs qrupları şəhərin altı müxtəlif yerində çevikliyi və gözəlliyi ilə seçilən Ava rəqsini ifa ediblər. Həmin rəqs zamanı kişilərin hərəkəti çevikliyi, qadınların hərəkətləri isə zərifliyi ilə seçilir. Bu rəqs təbillərin, fleytaların və simli alət olan şyamisenin sədaları altında ifa olunur.
Festivalların təşkilatçılarının bildirdiyinə görə, həftənin sonunadək davam edəcək festivalda 1 milyon 200 mindən çox tamaşaçı iştirak edəcəkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:01]
Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib
- 28.06.2024 [17:10]
BMT Baş katibi ŞƏT-in Astanada keçiriləcək sammitində iştirak edəcək
- 28.06.2024 [16:45]
Çexiyada 6 ay əvvəl törədilmiş qətliamın daha dəqiq təhqiqatı aparılacaq
- 28.06.2024 [16:32]
Qazaxıstanda ən böyük İES-də qəza baş verib
- 28.06.2024 [15:35]
Şahzadə Anna xəstəxanadan evə buraxılıb
- 28.06.2024 [15:03]
Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib
- 28.06.2024 [14:53]
Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib
- 28.06.2024 [14:52]