DÜNYA
Yaponiyada istilərdən 2300-dən çox insan zərər çəkib
![Yaponiyada istilərdən 2300-dən çox insan zərər çəkib](/files/2014/2/1200x630/14087124621461717209_1200x630.jpg)
Tokio, 17 iyul (AZƏRTAC). İyulun 7-dən 13-dək Yaponiyada günvurmadan 2357 nəfər, ötən həftə ilə müqayisədə 2,3 dəfə çox insan xəstəxanalara yerləşdirilib.
Bu barədə təcili yardım xidmətinin tabe olduğu Yaponiya Yanğınsöndürmə İdarəsi məlumat yayıb.
Zərərçəkənlərin sayının belə kəskin artmasına səbəb kimi Yaponiyanın bütün ərazisində 35 dərəcəni keçən istilərin başlaması göstərilir.
Bir həftə əvvəl termometrlər 30 dərəcə isti göstərdiyi vaxt zərərçəkənlərin sayı 1098 nəfər təşkil etmişdi.
Xəstəxanalara yerləşdirilən insanların yarıdan çoxu (46 faizdən artıq) pensiya yaşlı insanlardır.
Sinoptiklərin məlumatına əsasən, yaxın günlərdə bütün ölkə ərazisində istilər davam edəcəkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [15:03]
Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib
- 28.06.2024 [14:53]
Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib
- 28.06.2024 [14:52]
Özbəkistan quş əti ixracına məhdudiyyətləri ləğv edir
- 28.06.2024 [14:51]
Türkiyənin may ayı üçün ticarət rəqəmləri açıqlanıb
- 28.06.2024 [14:30]
Panama kanalında suyun səviyyəsi azalır
- 28.06.2024 [14:10]
İsrail aviasiyasının hücumu nəticəsində “Hizbullah”ın 4 döyüşçüsü öldürülüb
- 28.06.2024 [13:00]