Yaponiyalı kor səyyah Sakit Okeanı yaxta ilə üzərək keçib
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də yaponiyalı kor dənizçi Misuhiro İvamoto kiçik yaxta ilə Sakit Okean səyahətini başa vurub.
AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, 10 min kilometrlik səyahətdə ona yalnız küləyin istiqaməti və digər texniki detallar barədə məlumat verən, yaxtanın və yelkənlərin idarə olunmasında isə iştirak etməyən ABŞ vətəndaşı yardımçı olub.
52 yaşlı İvamoto fevralın 24-də ABŞ-ın Kaliforniya ştatında yerləşən San-Dieqo limanından yola çıxıb və planlaşdırıldığı kimi, aprelin 20-də Yaponiyanın Honsyu adasının şimal-şərq sahilində yerləşən İvaki limanına çatıb.
Agentliyin məlumatına görə, Sakit okeanı heç bir limana girmədən uğurlu şəkildə bu cür üzüb keçməyə ilk dəfə təşəbbüs göstərilib.
Misuhiro İvamoto artıq bir dəfə - 2013-cü ildə yaxta ilə Yaponiyadan ABŞ-a səyahətə cəhd etmişdi. Lakin onun qayığı balina ilə toqquşaraq qəzaya uğramış, səyyah və köməkçisi isə Yaponiya Hərbi Dəniz Qüvvələrinin amfibiya-təyyarəsi tərəfindən xilas olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]