DÜNYA
Yaponiyanın şərqində 5,1 bal gücündə zəlzələ baş vermişdir
Tokio, 19 fevral (AZƏRTAC). Fevralın 19-da Yaponiyanın əsas adası Hönsünün şərqində, Fukusima prefekturasının yaxınlığında 5,1 bal gücündə zəlzələ baş vermişdir.
Yaponiyanın Milli Meterologiya İdarəsindən bildirmişlər ki, zəlzələnin episentri İbaraki prefekturasının ərazisində, ocağı 10 kilometr dərinlikdə yerləşmişdir. Yeraltı təkanlar torpağın üst qatına yaxın olduğuna görə, çox güclü hiss olunmuşdur. Zəlzələ sunami təhlükəsi yaratmamışdır.
Dağıntılar və həlak olanlar barədə məlumat verilmir. Yeraltı təkanlar paytaxt Tokio və Fukusima prefekturası da daxil olmaqla 14 prefekturada hiss olunmuşdur.
“Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) operatoru “Tokio Electric Power Co.” şirkətinin bildirildiyinə görə, zəlzələ AES-də heç bir narahatlığa səbəb olmamışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2024 [21:47]
Cənubi Koreyada fövqəladə demoqrafik vəziyyət elan edilib
- 19.06.2024 [21:02]
Rusiya Prezidentinin KXDR-ə səfəri başa çatıb
- 19.06.2024 [19:51]
Ukraynada hərbi polis yaradılır
- 19.06.2024 [19:05]
Misirdən olan 600 zəvvar Həcc ziyarəti zamanı istidən dünyasını dəyişib
- 19.06.2024 [18:07]
Aİ Ukraynadan yumurta idxalına kvota və rüsumları bərpa edəcək
- 19.06.2024 [17:54]
Polşanın Baltik sahillərində NATO-nun taktiki təlimləri başlayıb
- 19.06.2024 [17:35]
Çadda partlayış nəticəsində 9 nəfər ölüb, 46 nəfər yaralanıb
- 19.06.2024 [16:11]