MƏDƏNİYYƏT
“YARAT”da Koreya istehsalı olan film göstəriləcək
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 23-də “Artım” layihə məkanında Koreya istehsalı “Bahar, yay, payız, qış və yenə də bahar” filmi nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, rejissor Kim Ki-dukun ekranlaşdırdığı film Azərbaycan dilində subtitrlərlə izləniləcək.
Film, göl üzərində üzən buddist paqodanın sakinləri ahıl yaşlı rahib və onun gənc tələbəsi haqqındadır. Mövsümlər dəyişdikcə, rahibin uşaqlıqdan tutmuş yetkinlik dövrünə qədər həyat mərhələləri təsvir olunur. Qoca buddist yüksək həqiqətdən müvəqqəti "qişası" ilə bir addım geridə olsa da, mövsümləri geri qaytara bilmədiyi kimi, gənc rahibin də üzləşəcəyi qaçılmaz hadisələrin qarşısını ala bilmir.
Ekran əsəri “Empirik zaman” adlı “YARAT” rezidensiya sərgisinin mövzusu ilə üst- üstə düşür və zamanın subyektiv anlayışını araşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]