MƏDƏNİYYƏT
“YARAT”da ölkəmizə həsr edilən sənədli filmlər silsiləsi göstəriləcək
Bakı, 9 yanvar, AZƏRTAC
Yanvarın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində СВС telekanalının istehsalı olan, insan təsiri izlərinə malik müxtəlif qədim obyektlərin, qazıntılar nəticəsində tapılan arxeoloji ərazilərin öyrənilməsinə yönəlmiş “Qafqazın maddi mədəniyyət inciləri” adlı sənədli filmlər silsiləsi təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, filmlər toplusu Cənubi Qafqazın əhəmiyyətli bir hissəsi olan Azərbaycana həsr edilib. Məşhur elm adamlarının, arxeoloqların, tarixçilərin, mütəxəssislərin köməyi ilə layihənin yaradıcıları əsrarəngiz keçmişi araşdırmağa və əbədi suallara cavab tapmağa çalışıblar.
Layihənin rəhbəri Vüqar Xəlilovdur.
“Qafqazın maddi mədəniyyət inciləri” silsiləsindən olan ilk film yanvarın 15-də CBC telekanalında Bakı vaxtı ilə saat 20:20-də nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]