Yaşar Güler: Önləyici amil olan ordu Türkiyə üçün həyati əhəmiyyətə malikdir
Ankara, 19 mart, AZƏRTAC
Türkiyə üçün güclü dövlət və güclü ordu önləyici amil kimi həyati əhəmiyyət kəsb edir.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin Ramazan bayramı münasibətilə yayımladığı mesajda bildirilib.
Müdafiə naziri dünyanın müxtəlif bölgələrində, xüsusən də Türkiyənin ətrafında davam edən böhranlara diqqət çəkib. O qeyd edib: “Bu böhranlar önləyici hərbi qabiliyyətə sahib olmağın vacibliyini açıq şəkildə nümayiş etdirir”.
Mesajda daha sonra deyilir: “Bu gün Türkiyə Silahlı Qüvvələrinin imkanlarını və resurslarını artırmaq üçün yorulmadan çalışmağa davam edirik. Daxili müdafiə sənayemizin qabaqcıl texnoloji imkanları sayəsində ordumuz sərhəd təhlükəsizliyinin təmin edilməsindən və terrorizmlə mübarizədən tutmuş dənizdə və havada Türkiyənin hüquq və mənafelərinin müdafiəsinə, beynəlxalq sülhə və sabitliyə töhfə verməyə qədər missiyaları uğurla və intensiv şəkildə yerinə yetirir”.
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]