Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaxın perspektivdə Azərbaycan dünyanın aparıcı turizm ölkələrindən birinə çevriləcəkdir

Bakı, 7 yanvar (AZƏRTAC). Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azərbaycanda bəşəriyyətin bütün dövrlərində insan həyatı mövcud olmuşdur. Bu həqiqəti ölkə ərazisində aparılan arxeoloji tədqiqatlar artıq sübut etmişdir. Bugünkü bəşər mədəniyyətinin yaranması, tərəqqisi, inkişafı, çiçəklənməsində Azərbaycanın öz yeri, öz töhfəsi, öz payı vardır.

Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl ikinci minillikdə tuncdan zərif formalı qablar, kəsici alətlər, kəmərlər, müxtəlif zinət əşyaları düzəldərək onlardan məişətdə istifadə etmişlər. Xalq yaradıcılığının tarixi və xüsusiyyətləri özünü dövrünün məişət əşyalarında, geyimlərində əks etdirir. Ölkəmizin ərazisində aparılan arxeoloji qazıntılar zamanı tarixi eramızdan əvvəl üçüncü minilliyə gedib çıxan tunc dövrünün əvvəllərinə aid tuncdan düzəldilmiş iynə, biz və s. məişət əşyaları tapılmışdır. Deməli, hələ o vaxtlarda Azərbaycanın qədim sakinləri özlərinə paltar və ayaqqabı tikməyi bacarmışlar.

Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalmış xalça naxışları, qədim tikililərin, memarlıq nümunələrinin üzərindəki milli ornamentlər tədqiqatçılar üçün tarixi mənbələrdir. Xalqımızın istedadı, bacarığı, qəhrəmanlıq nümunələri, yaradıcılıq qüdrəti “Kitabi-Dədə Qorqud”, “Oğuznamə”, “Koroğlu” və digər ədəbi abidələrimizdə təcəssümünü tapmışdır. Rəvayətə görə, Zərdüşt bu torpaqda dünyaya göz açmışdır.

Azərbaycan xalqı dünyaya böyük tarixi şəxsiyyətlər, filosoflar, mütəfəkkirlər bəxş etmişdir. Azərbaycan ustalarının metal, keramika, ipək və ağacdan yaratdıqları dekorativ sənət nümunələri, milli mənliyimizi əks etdirən xalçalarımız dünyanın bir çox muzeylərinin ən qiymətli eksponatlarındandır. Təkrarsız təbiəti, çoxəsrlik mədəniyyəti, qədim tarixi, müxtəlif mədəniyyətlərə və sivilizasiyalara məxsus elementləri özündə birləşdirən adət və ənənələri olan Azərbaycan torpağı və xalqımız ta qədimdən əcnəbilərin marağına səbəb olmuşdur. Dünyanın ən məşhur səyyahları, dövrünün adlı-sanlı tacirləri Azərbaycanda olmuş, bu əsrarəngiz diyarın şöhrətini öz məmləkətlərində yaymışlar. Ulularımızdan dilimizdə yadigar qalmış “həm ziyarət, həm ticarət” ifadəsi o dövrün tacirlərinin ölkəmizə gələn ilk turistlər olduğunu düşünməyə əsas verir.

Azərbaycanın paytaxtı Bakının mərkəzindəki 22 hektarlıq sahəni əhatə edən İçərişəhərdə müxtəlif dövrlərdə inşa edilmiş 50-dən çox tarixi və memarlıq abidəsi vardır. Bu günədək qorunub saxlanan abidələrə XV əsrdə tikilmiş Şirvanşahlar Sarayını, Azərbaycan memarlığının nadir abidəsi olan Qız qalasını, Sınıq qalanı misal göstərmək olar. Bakının 30 kilometrliyində yerləşən “Atəşgah”, Azərbaycanın paytaxtından 70 kilometr aralıda qərar tutan ən qədim və ən zəngin abidələrindən biri, dünyada qayaüstü təsvirləri ilə tanınan Qobustan xalqımızın ulu keçmişinin şahidləridir.

Həyat tərzi, məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənəti Azərbaycan əhalisinin yaradıcılığında mühüm yerlərdən birini tutur. Xalqımız həyat təminatı üçün ta qədimdən müxtəlif peşələrə yiyələnmişdir. Bəzilərinin bu günümüzədək davam etdiyi həmin sənət növlərindən, xalqın geyimindən tutmuş, təsərrüfat həyatında, məişətində də istifadə olunmuş, getdikcə təkmilləşdirilmiş və bu gün də tarixi baxımdan dünyanın digər xalqlarının da böyük marağına səbəb olmaqdadır. İndi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri qorunub saxlanılmaqdadır. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Romanın, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey eksponatları içərisində xalqımızın sənət nümunələrinə rast gəlinir.

Azərbaycanı tarixi abidələr diyarı da adlandırmaq olar. Tərtər çayı üzərindəki VII-IX əsrlərə aid qədim körpü, Şəki xanlarının sarayı, 1322-ci ildə inşa olunmuş Bərdə türbəsi, 1186-cı ildə tikilmiş Möminə Xatun türbəsi, Şuşa məscidi, 1078-1079-cu illərə aid edilən Sınıq qala minarəsi və başqa abidələr xalqımızın böyük mədəniyyətə malik olmasından xəbər verir.

Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın əhalisi hər iki sivilizasiyanın mədəniyyətlərini özündə birləşdirmiş, bənzərsiz milli mədəniyyət yaratmışdır. Azərbaycana yolu düşən qonaqlar, xarici ölkə vətəndaşları, turistlər burada Qərblə Şərqin necə çulğaşdığından vəcdə gəlirlər. Qədim abidələrlə yeni müasir tikililərin necə vəhdət təşkil etdiyini ölkəmizə gələn turistlər heyranlıqla seyr edirlər. Paytaxtımızda son illər inşa olunmuş hündürmərtəbəli yaşayış binalarının, Heydər Əliyev Fondunun, Mərkəzi Bankın, yeni müasir mehmanxana və hotellərin, Olimpiya komplekslərinin, inzibati binaların ötən əsrlərdən yadigar qalmış, klassik memarlıq üslubunda tikilmiş Səadət sarayının, Azərbaycan Dövlət Filarmoniyasının, Dövlət Opera və Balet Teatrının, Gənc Tamaşaçılar Teatrının və s. binaları ilə necə gözoxşayıcı vəhdət təşkil etməsi paytaxtımızın qonaqlarında və turistlərdə xoş ovqat yaradır.

Azərbaycan torpağının ecazkar gözəlliyi, təbiəti, meşələri, meyvəli bağları, uca dağları, şəlalələri, gur çayları, soyuq bulaqları, flora və faunası, xalqın adət-ənənələri, qonaqpərvərliyi buraya gələn qonaqları və səyyahları heyran edir.

Ticarət etmək üçün, dini və siyasi məqsədlərlə Azərbaycana ayaq açan səyyahları ölkəmizə gələn ilk turistlər adlandırmaq olar. Bu fikir Azərbaycanda turizm anlayışının ta qədimlərə gedib çıxdığını göstərir. Antik dövr müəlliflərinin məlumatları bu baxımdan böyük maraq kəsb edir. Həmin məlumatlarda göstərilir ki, Böyük İpək Yolunun ən fəal hərəkət traslarından biri Qafqaz Albaniyasının (Azərbaycan Respublikasının ərazisi) ərazisindən keçirdi. Filosof və tarixçi Strabon bu yol haqqında müfəssəl məlumat verərək yazırdı ki, hind mallarının böyük əksəriyyəti Orta Asiya ərazisindən keçərək çaylarla Xəzər dənizinə, sonra dəniz vasitəsilə Albaniyaya (Azərbaycana) və Kür çayı ilə İberiyaya (Gürcüstana), oradan isə Qara dənizə daşınırdı.

Məlum məsələdir ki, yol boyu yerləşən şəhərlər əcnəbi tacirləri və onların karvanlarını qəbul etdiyindən, müvafiq struktura malik olmalı idi. Tədqiqatlar göstərir ki, Böyük İpək Yolu ilə daşınan antik mallar əvvəlcə Mingəçevirdə yerləşdirilir, oradan isə Qafqaz Albaniyasının digər şəhərlərinə aparılırdı. Beləliklə, əcnəbi tacirlərin və onların karvanlarının keçdikləri yaşayış məntəqələri inkişaf edir, sənətkarlıq, xidmət sahələri genişlənir, həmin dövrlərin mehmanxanaları rolunu oynayan karvansaralar tikilir və gediş-gəliş intensivləşirdi. Ölkəmizə səyahət edən tarixçilər və səyyahlar səyahətnamələrində Azərbaycan karvansaraları barədə yazmışlar. Sonralar, yəni XIX əsrin sonlarında Bakı karvansaralarında yenidənqurma işləri aparılmış, qonaqlar üçün komfort şərait yaradılmış və mehmanxana kimi istifadə olunmuşdur.

Azərbaycanda turizm hərəkatı həmişə inkişafda olmuşdur. Lakin bu inkişafa böyük təkan 1983-cü ildə verilmişdir. O vaxt SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmiş ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Xəzər dənizinin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 oktyabr tarixli qərarına əsasən, respublikamızda 2000-ci ilədək turizmin inkişaf sxemi qurulmuşdur. Lakin sonrakı məlum hadisələrlə bağlı Azərbaycana həm daxili, həm də əcnəbi turistlərin axını xeyli azalmış, bu sahənin fəaliyyətində ciddi maneələr yaranmışdır.

Müstəqillik illərində ölkəmizdə turizmin inkişafı yeni mərhələyə qədəm qoymuş, inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmışdır. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” Qanun qəbul edilmişdir. 1999-cu il iyulun 27-də ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Fərman imzalamışdır. Azərbaycan Prezidentinin 2002-ci il 27 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair” Dövlət Proqramı təsdiq olunmuşdur.

Hazırda Azərbaycanda turizm sahəsi yüksələn xətt üzrə inkişaf edir.

“2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” ölkəmizdə yaxın gələcəkdə turizm-kurort sahələrinin sürətli inkişafına zəmin yaratmışdır. Vətənimizin hər guşəsində yol infrastrukturunun yenidən qurulması, turizm-istirahət mərkəzlərinin yaradılması, dünya standartlarına cavab verən ən müasir mehmanxana və hotellərin inşa edilməsi, yay turizmi ilə yanaşı, qış turizminin də sürətlə inkişaf etdirilməsi, bütün bunların Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri və nəzarəti altında həyata keçirilməsi ölkəmizin yaxın gələcəkdə dünya turizm mərkəzlərindən birinə çevriləcəyini deməyə inam yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Turizm ili” elan edilmiş 2011-ci il artıq tarixə çevrilmişdir. Heç bir mübaliğəyə yol vermədən ötən ili ölkəmizdə turizmin inkişafı yolunda irəliyə doğru sıçrayış ili kimi dəyərləndirmək olar. “Eurovision” mahnı müsabiqəsinin 2012-ci ildə Bakıda keçiriləcəyini də nəzərə alsaq, yenicə qədəm qoyduğumuz ildə də dünyanın bir sıra ölkələrindən gələcək qonaqların bu sahədə müsbət rol oynayacaqları şəksizdir. Musiqi yarışması ilə əlaqədar Azərbaycana gələcək minlərlə qonaq ölkəmizin ecazkar gözəlliyi, burada yaradılan və fəaliyyətdə olan turizm infrastrukturu barədə öz vətəndaşlarını məlumatlandıracaqlar. Bütün bunlar isə, şübhəsiz, son nəticədə Azərbaycanın yaxın perspektivdə dünyanın aparıcı turizm ölkələrindən birinə çevrilməsinə zəmin yaradacaqdır.

Teymur Xaspoladov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib