Azərbaycan Dövlət İnformasiya Agentliyi

YƏMƏN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏLİ ABDULLA SALEHƏ

cənab prezident!

Yəmən Respublikasının milli bayramı münasibətilə Sizi və bütün Yəmən xalqını təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin