Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 5 il keçir

Bakı, 14 sentyabr, AZƏRTAC

Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından 4 il ötür. Ulu öndər Heydər Əliyev 1994-cü ilin məhz 14 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması barədə Fərman imzalayıb, düz 23 il sonra isə həmin gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müqavilənin müddəti daha 32 il uzadılıb.

Yeni Sazişin böyük əhəmiyyəti var və o, Azərbaycan üçün daha da əlverişlidir. Ümumilikdə hasilatın pay bölgüsünə dair ilk sazişin imzalanmasından ötən 28 ildə AÇG yataqlar blokundan 4,1 milyard bareldən çox neft hasil olunub. İndiyədək Neft Fondu “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə təxminən 164 milyard dollar qazanıb.

AZƏRTAC müqavilə üzrə ötən 28 ilə nəzər salır.

“Əsrin müqaviləsi” - Azərbaycanın yeni neft strategiyasının şanlı səhifəsi

1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanıb. Təxminən 400 səhifə olan və 4 dildə tərtib edilən müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərib, dövlət müstəqilliyinin mühüm təminatına çevrilib.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan vaxt Azərbaycanın tarixində ən aşağı səviyyədə - 9,5 milyon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox artaraq 51 milyon tona çatıb. Son 28 ildə isə Azərbaycanın neft istehsalı 4 dəfədən çox artıb.

Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edilib. O vaxtdan bəri AÇG yatağının işlənməsinə təqribən 35 milyard dollar sərmayə qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. Həmin sazişlər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard dollardan çox sərmayə yatırılıb. SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstana, Türkiyə və digər ölkələrə nəql edilir.

“Yeni Əsrin müqaviləsi” Azərbaycanın maraqlarını tam təmin edir

2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzalayıb. Sazişə əsasən BP layihənin operatoru olaraq qalıb. Saziş Milli Məclis tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

14 sentyabr ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün olub, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayıb. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalanıb. Bu Sazişin “Yeni Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Qarşıdakı illərdə AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub. Hazırda AÇG-də tərəfdaşların iştirak payları belədir: BP - 30,37 faiz, “AzACG” (SOCAR) - 25 faiz, “MOL”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TP” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Yataqlar blokundan indiyədək 4,1 milyard bareldən çox neft hasil olunub

Ötən 28 il ərzində sazişin icrası uğurla reallaşdırılıb. AÇG-də böyük ehtiyatlar mövcuddur və burada hələ görüləcək çox iş var. Bu vaxtadək AÇG-dən hasil edilən 4,1 milyard bareldən çox neft dünya bazarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Bu gün isə “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Lakin bu hələ son rəqəm deyil. Yataqların ehtiyatının artması ehtimalı var və yeni Sazişin icrası müddətində bu rəqəm daha da artacaq.

Cari ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat və 791 milyon dollar isə əsaslı məsrəflər xərclənib. Yarım ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, Yarım ildə AÇG-dən ümumi hasilat - “Çıraq” (25 min), “Mərkəzi Azəri” (108 min), “Qərbi Azəri” (109 min), “Şərqi Azəri” (62 min), “Dərinsulu Günəşli” (78 min) və “Qərbi Çıraq” (42 min) platformalarından birgə gündəlik orta hesabla 424 min barel təşkil edib.

Rübün sonuna AÇG-də ümumilikdə 136 neft hasilat, 37 su və 8 qaz injektor quyusu istismarda olub. Yanvar-iyun aylarında blokda 8 neft hasilat quyusu qazılıb.

2021-ci ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Azərbaycan “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə təqribən 164 milyard dollar qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində yanvar-avqust aylarında 6 milyard 629 milyon ABŞ dolları gəlir əldə edib.

Qeyd edək ki, Neft Fondunun indiyədək (2001-ci ildən etibarən) AÇG layihəsi üzrə gəliri 163 milyard 965 milyon dollar olub.

Bütün bu qazanılan nailiyyətlər onu göstərir ki, “Əsrin müqaviləsi” imzalanandan bu günə qədər ulu öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Bu gün Azərbaycanın öz hesabına yaşamasında, kifayət qədər böyük valyuta ehtiyatlarının olmasında və iqtisadiyyatın dinamik şəkildə inkişafında “Əsrin müqaviləsi”nin xüsusi rolu var. Azərbaycanda iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılıb və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, çünki ölkəmizin böyük potensialı var. Göründüyü kimi, mənbəyini “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun lider dövlətinə çevirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb