İDMAN
Yeniyetmə güləşçi qızlarımız Ukraynada üç bürünc medal qazanmışlar
Bakı, 8 fevral (AZƏRTAC). Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə qızlar arasında güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilmişdir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, yığmamızın üzvləri turniri 3 bürünc medalla başa vurmuşdur.
Güləşçilərimizdən Ülkər Babayeva (37 kq), Şəbnəm Əhmədova və Səbinə Həmzəzadə (hər ikisi 48 kq) medal qazanmışlar.
Yığma komandanın üzvləri turnirdən əvvəl təlim-məşq toplanışında olmuşlar. Məşqçi Rövşən Süleymanovun rəhbərliyi altında Ukraynaya yollanan heyətdə 7 güləşçi yer almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [18:04]
“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub
- 17.05.2024 [17:34]
Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb
- 17.05.2024 [15:56]
“Qarabağ”ın aşağı yaş qrupları üzrə komandaları Qətərə yollanıb
- 17.05.2024 [15:18]