ZAQATALADA YENİ KÖRPÜLƏR İNŞA EDİLİR
Zaqatala Rayon İcra Hakimiyyətindən AZƏRTAC- ın müxbirinə bildirmişlər ki, Siliban çayı üzərində 18 metr uzunluğunda yeni körpünün inşasına başlanılmışdır.
Car və Siliban kəndlərini birləşdirəcək bu körpünün tikintisini rayonda fəaliyyət göstərən 17 nömrəli uol istismarı idarəsinin kollektivi həyata keçirir.
Fövqəladə Hallar Nazirliyinin xətti ilə Miçqar çayı üzərində inşa edilən 25 metr uzunluğunda körpünün tikintisi isə artıq başa çatmaq üzrədir. Əvvəlki körpü qəza vəziyyətində olduğundan kənd sakinlərinin gediş-gəlişi üçün təhlükə yaradırdı.
Bundan əlavə, hazırda Zaqatala şəhərinin ərazisindən axan Tala çayı üzərində respublikamızda bənzəri olmayan asma körpü də inşa edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]