Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngəzur dəhlizinə böyük dövlətlər də maraq göstərir – Baxış bucağı

Zəngəzur dəhlizinə böyük dövlətlər də maraq göstərir –  Baxış bucağı

Bakı, 20 iyun, AZƏRTAC

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin tikintisi reallaşır. Bu işlər Avrasiya İqtisadi İttifaqı təşkilatı çərçivəsində yaradılan nəqliyyat infrastrukturu birliyi tərəfindən həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Trans-Avrasiya yük daşımalarının beynəlxalq koordinasiya şurasının baş katibi Qenadi Bessonov deyib. O bildirib ki, bu məsələ ötən ay keçirilən Çin-Orta Asiya sammitində müzakirə olunub və müvafiq sənədlər imzalanıb. Orta Asiya respublikalarının müvafiq qurumları ilə Çin arasında imzalanan sənəddə dəmir yolunun Qırğızıstan, Özbəkistan, Azərbaycan və Türkiyə ərazisindən keçərək Avropaya çatması nəzərdə tutulub.

Q.Bessonov bildirib ki, bu dəmir yolu marşrutu Çin ilə Avropa arasında ticarətin daha da intensiv xarakter almasına təkan verəcək.

Azərbaycan da bu layihənin bir hissəsinə çevrilib və Zəngəzur dəhlizini yaratmaqla, Avropa ilə Asiya arasında körpü rolunu oynayacaq. 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edərək regionda yeni reallıqlar yaradan Azərbaycanın qələbəsi region ölkələrinin Avropa ilə Asiya arasında nəqliyyat əlaqəsinin yaranmasına, iqtisadi inkişafa təkan vermiş oldu.

Bu gün Azərbaycanın həyata keçirməyə çalışdığı Zəngəzur dəhlizi yalnız ölkənin bir əyalətini digəri ilə birləşdirməyəcək. Bu dəhliz müxtəlif seqmentlərdən ibarət olmaqla, Çin ilə Avropanı birləşdirəcək. Bu layihədə dünyanın iqtisadi nəhəngi hesab olunan Çinin xüsusi marağı var və Orta Asiya respublikaları ilə birlikdə sammit keçirib dəmir yolu xəttinin çəkilməsi barədə müqavilə imzalaması da təsadüfi xarakter daşımır. Çin Avropa ilə ixrac-idxal əməliyyatlarını daha da genişləndirmək üçün qısa, təhlükəsiz və ucuz başa gələn yol axtarışındadır. Azərbaycanın həyata keçirmək istədiyi Zəngəzur dəhlizinin də Çin tərəfindən dəstəklənməsi təsadüfi deyil. Gələcəkdə yüklər qatarla Çindən çıxaraq Qırğızıstan-Özbəkistan-Qazaxıstan-Azərbaycan-Türkiyə üzərindən keçərək Avropaya və əks istiqamətə daşınacaq.

Zəngəzur dəhlizinə Çin ilə yanaşı, Avropa İttifaqı da maraq göstərir. Rusiya-Ukrayna müharibəsinin nə qədər davam edəcəyi bəlli deyil və Avropa dövlətləri Asiya qitəsi ilə ticarət əlaqələrini davam etdirmək üçün yeni yollar axtarırlar. Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi yaratmaq təşəbbüsü həm Qərbin, həm də Şərqin maraqlarına, eləcə də region dövlətlərinin mənafeyinə uyğundur.

İqtisad elmləri doktoru, professor, iqtisadi Universitetinin Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Şəfa Əliyev deyib: “Müasir qlobal iqtisadi və texnoloji çağırışların sürətləndiyi bir şəraitdə nəqliyyat dəhlizləri mühüm iqtisadi elementlər kimi qiymətləndirilir. Eyni zamanda, son dövrlərdə dünyada baş verən ziddiyyətli hadisələr, müharibələr, ABŞ və Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı sanksiyaları, Çin ilə münasibətlərin pisləşməsi, regionda olan bəzi dövlətlərin qeyri-konstruktiv davranışları qlobal nəqliyyat dəhlizlərinə yeni baxışları formalaşdırıb. Zəngəzur dəhlizi kimi belə bir kommunikasiyanın açılmasında nə qədər güclü ölkələrin marağının olduğunu da nəzərdən qaçırmaq olmaz. Zəngəzur nəqliyyat dəhlizinin açılması, əslində həm də böyük dövlətlərin marağındadır, o cümlədən Avropa İttifaqının maraq dairəsindədir. Qlobal iqtisadiyyatın önündə gedən ən iri iqtisadiyyata malik ölkələrdən biri olan Çinin də marağındadır və bütün bunlar Zəngəzur nəqliyyat dəhlizinin aktuallığını və strateji əhəmiyyətini özündə ehtiva edir. Bununla belə, hesab edirəm ki, Zəngəzur nəqliyyat dəhlizinin açılması, ilk növbədə, türk dövlətləri üçün tarixi əhəmiyyət və strateji məna kəsb edir”.

Əlbəttə ki, türk dövlətlərinin intensiv əlaqəsi birliyin daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Bu da Azərbaycanın regionda siyasi, iqtisadi, hərbi və diplomatik gücünü daha da artıracaq. Zəngəzur dəhlizinin açılması türk dövlətləri üçün, onların iqtisadi inteqrasiyası baxımından kifayət qədər strateji əhəmiyyət kəsb edir. Türk dövlətlərinin ümumi bazarı 1,2 trilyon dəyərində qiymətləndirilir və bura dünyanın ilk 15 iqtisadiyyatı sırasında olan Türkiyə iqtisadiyyatı, Mərkəzi Asiyada kifayət qədər güclü iqtisadiyyata malik olan Qazaxıstan, həmçinin Özbəkistan, Türkmənistan, Qırğızıstan və Azərbaycan iqtisadiyyatları daxildir. Ümumilikdə, türkdilli dövlətlərin ərazilərində kifayət qədər resurslar, təbii ehtiyatlar, yeraltı-yerüstü sərvətlər var. Təbiət türk dövlətlərinə kifayət qədər resurslar bəxş edib. Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkmənistanda neft və qaz yataqları var. Bütün bunlar həmin dövlətlərin iqtisadi əlaqələrini, ixrac və idxal potensialını, yükdaşıma imkanlarını artırıb. Burada söhbət yalnız tranzit yükdaşımalardan gəlir əldə etməkdən getmir. Əlbəttə ki, Zəngəzur dəhlizi ilə yanaşı, Çindən Avropaya uzanan dəmir yolu ərazisindən keçəcəyi dövlətlərə valyuta şəklində tranzit gəlirlər gətirəcək, büdcəyə valyuta axınını təmin edəcək. Bununla yanaşı, əhalinin sosial-iqtisadi vəziyyəti yüksələcək, eyni zamanda, dövlətin gücü də artacaq.

Lakin onu da yaddan çıxarmaq olmaz ki, yolun keçəcəyi ərazilərdə ictimai-siyasi sabitliyin davamlı olmasında dünyanın böyük qüvvələri də maraqlı olacaqlar. Transmilli korporasiyalar, iri şirkətlərin yükləri bu ərazilərdən daşınacaq və onlar da burada siyasi sabitliyə təmin edəcəklər. Beləliklə, Zəngəzur dəhlizi Azərbaycana iqtisadi dividendlərlə yanaşı, siyasi zəmanət də qazandıracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik