Zoologiya İnstitutu ziyanvericilərə qarşı mübarizə üsullarını araşdırır
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun tətbiqi zoologiya mərkəzinin əməkdaşları tərəfindən Ağsu Təcrübə Dayaq Məntəqəsindəki istixanalarda yetişdirilən tərəvəz bitkilərinin ziyanvericiləri və onların entomofaqları üzərində tədqiqatlar aparılır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd istixana şəraitində yetişdirilən bostan bitkilərinin ziyanvericilərinə qarşı mübarizədə kimyəvi üsulları minimuma endirmək, ekoloji təmiz məhsul almaq üçün bioloji agentlərdən maksimum istifadə etməkdir.
Hazırda mərkəzin əməkdaşları tərəfindən istixana şəraitində ekoloji təmiz məhsulun yetişdirilməsi üçün bioloji mübarizə metodları işlənib hazırlanır.