PAKİSTANDA İSTİVURMADAN 40 ADAM HƏLAK OLMUŞDUR

15.05.2002 [19:30]
İTAR-TASS-ın verdiyi xəbərə görə, Pakistan ərazisinin çox hissəsində havaların həddindən artıq isti keçməsi nəticəsində ötən həftə ərzində 40 adam istivurmadan həlak olmuşdur. ...

BÖYÜK BRİTANİYADA İRQLƏRARASI MÜNASİBƏTLƏR XEYLİ PİSLƏŞMİŞDİR

14.05.2002 [21:00]
Böyük Britaniyada son on il ərzində irqlərarası münasibətlər xeyli pisləşmiş və getdikcə pisləşəcəkdir. Bazar ertəsi dərc olunmuş ictimai rəy sorğusunun nəticələri sübut edir ki, Britaniya əhalisinin təxminən yarısı (47 faiz) bu ...

KOFİ ANNAN BEYNƏLXALQ AİLƏ GÜNÜ İLƏ ƏLAQƏDAR MÜRACİƏT ETMİŞDİR

14.05.2002 [20:00]
BMT Baş Məclisi 1993-cü ildə mayın 15-ni Beynəlxalq Ailə Günü elan etmişdir. Baş katib Kofi Annanın BMT-nin Azərbaycandakı ofisi tərəfindən yayılmış müraciətində deyilir ki, bu il qeyd olunan ...

FRANSANIN CƏNUB-QƏRBİNDƏ QASIRĞA

14.05.2002 [14:00]
Fransanın bir sıra cənub-qərb rayonlarında tüğyan etmiş qasırğa nəticəsində dörd adam yaralanmış, üç nəfər itgin düşmüşdür. İTAR-TASS-ın verdiyi xəbərə görə, küləyin sürəti bəzi yerlərdə saatda 100 kilometrə çatmışdır. ...

ABŞ-DA ZƏLZƏLƏ

14.05.2002 [13:30]
Bazar ertəsi gecə ABŞ-ın qərbində, San-Fransisko bölgəsində (Kaliforniya ştatı) Rixter cədvəli ilə 5,2 bal gücündə zəlzələ olmuşdur. Tələfat və dağıntı haqqında xəbər alınmamışdır. ...

BMT TƏHLÜKƏSİZLİK ŞURASI İRAQA DAİR YENİ QƏTNAMƏ QƏBUL ETMƏK NİYYƏTİNDƏDİR

14.05.2002 [13:00]
BMT Təhlükəsizlik Şurası İraqa münasibətdə qüvvədə olan sanksiyaların mexanizmini dəyişən yeni qətnamə layihəsi üzrə mayın 14-də səsvermə keçirmək niyyətindədir. ...

RUSİYA VƏ QAZAXISTAN XƏZƏRDƏKİ MÜBAHİSƏLİ YATAQLARIN BİRGƏ İŞLƏNİLMƏSİ HAQQINDA RAZILIĞA GƏLMİŞLƏR

14.05.2002 [12:00]
Mayın 13-də Rusiya və Qazaxıstan prezidentləri Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi haqqında iki ölkə arasında sazişə dair protokol imzalamışlar. Tərəflər orta xətdə yerləşən və buna görə də uzun müddət ərzində ...

BAKIDA GÜL BAYRAMI

11.05.2002 [21:00]
11-də axşamüstü Milli parka gəzintiyə çıxan bakılılar və respublika paytaxtının qonaqları ürəkaçan mənzərə ilə qarşılaşmışlar. Hər tərəf al-əlvan, bahar ətirli güllərə qərq olmuşdu. ...

KASPİYSKDƏKİ TERROR AKTINDA ŞÜBHƏLİ BİLİNƏN ÜÇ NƏFƏR MAHAÇQALAYA GƏTİRİLMİŞDİR

11.05.2002 [19:00]
KaspiyskdəKİ terrorda əli olmaqda şübhəli bilinən üç nəfər Sankt-Peterburqdan Mahaçqalaya gətirilmişdir. Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbədən İTAR-TASS-ın müxbirinə bildirmişlər ki, onlar Rusiyanın şimal paytaxtında ...

QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ SUMQAYITDA ŞƏNLİKLƏR

10.05.2002 [21:52]
Mayın 9-da Sumqayıtda Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 57-ci ildönümü şərəfinə təntənəli mərasim olmuşdur. Şəhərin rəhbərləri, ictimaiyyətin nümayəndələri müharibə qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül-çiçək dəstələri qoydular. ...

BİNƏQƏDİ RAYONUNDA YENİ MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKI İSTİFADƏYƏ VERİLMİŞDİR

10.05.2002 [21:29]
Mayın 9-da Binəqədi rayonunda ümumi sahəsi 4,5 hektar olan yeni mədəniyyət və istirahət parkının açılışı olmuşdur. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənov, ...

DAĞISTANDA TERROR AKTI

10.05.2002 [19:05]
Dağıstanın xüsusi xidmət idarələrindəki mənbə İTAR-TASS-ın müxbirinə demişdir ki, mayın 9-da Kaspiysk şəhərində törədilmiş terror aktı, ola bilsin, səhra komandiri Rapani Xəlilovun əlaltıları tərəfindən təşkil edilib həyata keçirilmişdir. ...

ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ ƏLİLLƏRİ ÜÇÜN YENİ YAŞAYIŞ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR

10.05.2002 [19:04]
Abşeron rayonunun Xırdalan qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş yaşayış binası istifadəyə verilmişdir. ...

ABŞ ERMƏNİSTANIN BİR SIRA ŞİRKƏTLƏRİNƏ QADAĞALAR QOYACAQ

10.05.2002 [17:28]
Mayın 9-da ABŞ Dövlət Departamentində keçirilən brifinqdə mətbuat katibi Riçard Bauçer bildirdmişdir ki, Ermənistan, Moldova və Çinin bir sıra şirkətləri İrana kütləvi qırğın silahlarının istehsalında işlədilən mallar satdığına görə Buş Adminstrasiyası tərəfindən sanksiyalara məruz ...

ÇİNDƏ TƏYYARƏ QƏZASI

08.05.2002 [22:50]
“Çin şimal hava yolları” aviaşirkətinin verdiyi məlumata görə, ölkənin Dalyan şəhəri yaxınlığında qəzaya uğramış təyyarənin 112 sərnişinindən heç biri sağ qalmamışdır. ...

BAKI-SUPSA NEFT KƏMƏRİNDƏ QƏZA BAŞ VERMİŞDİR

08.05.2002 [21:25]
Mayın 5-də Zestafoni rayonunun Sviri kəndindəki Kvirila çayının sağ sahilinin 400-500 metrliyində Bakı-Supsa net kəməri zədələnmişdir. Nəticədə neft ətrafa axmış və 15 metr uzunluğunda və 40 metr enində sahəni xeyli çirkləndirmişdir. Deyildiyinə görə, zədələnmə qəsdən ...

VETERANLARIN ŞƏRƏFİNƏ

08.05.2002 [17:40]
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 57-ci ildönümü münasibətilə Dövlət Neft Akademiyasında veteranlarla ənənəvi görüş keçirilmişdir. ...

JAK ŞİRAK PREZİDENT SEÇKİLƏRİNDƏ QALİB GƏLDİ

06.05.2002 [16:32]
Jak Şirak Fransada keçirilmiş prezident seçkilərində qalib gəlmişdir. O, bazar günü səslərin 82,06 faizini toplamışdır. Dənizaşırı ərazilər – Qvadelupa, Martiniki, Qviana və Polineziya istisna olmaqla, səslərin hesablanması başa çatmışdır. ...

“MAESTRO NİYAZİ” YÜK GƏMİSİ TƏYİNAT LİMANINA GƏLMİŞDİR

05.05.2002 [22:13]
Mayın 6-da Bakı dəniz vağzalının yanalma körpüsündə “Maestro Niyazi” quru yük gəmisinin təntənəli qarşılanma mərasimi keçirilmişdir. Bu gəmi Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Nijni Novqorodun “Krasnoye Sormovo” gəmiqayırma zavodunda inşa edilmişdir. ...