Beyrutda silahlı toqquşmalar nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Livanın paytaxtı Beyrutda baş verən silahlı toqquşmalar nəticəsində həlak olanların sayı yeddi nəfərə çatıb.
AZƏRTAC Al Hadath telekanalına istinadla xəbər verir ki, iğtişaşlar nəticəsində, həmçinin 32 nəfər ə yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Qeyd edək ki, cümə axşamı Beyrutda 2020-ci ildə dəniz limanında baş verən partlayışla əlaqədar istintaqdan narazı qalan şiə partiyalarının etiraz aksiyası silahlı iğtişaşlara çevrilib. Livan ordusu şəhərə zirehli maşınlar göndərib və silahla küçəyə çıxan hər kəsə atəş açacağı ilə hədələyib.
Livanın Baş naziri Nəcib Mikati oktyabrın 15-ni həlak olanların xatirəsinə matəm günü elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]