Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib
Quba, 16 iyun, AZƏRTAC
Xaçmaz və Şabran rayonları buğda istehsalı üzrə müəyyən edilmiş 22 hədəf rayonun siyahısına daxildir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Qubada keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.
Onun sözlərinə görə, bu rayonlarda əsas məqsəd suvarılan taxıl sahələrində məhsuldarlığın artırılması, su təminatının yaxşılaşdırılması, torpaqların lazer üsulu ilə hamarlanması, müasir suvarma sistemlərinin tətbiqi və yüksək reproduksiyalı toxumlardan istifadənin genişləndirilməsidir. Bundan əlavə, buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib ki, Qusar rayonu həmin perspektiv rayonların sırasına daxildir. Bu, o deməkdir ki, su təminatı, meliorasiya infrastrukturu və təsərrüfatdaxili suvarma şəbəkələri yaxşılaşdırıldıqca Qusar rayonunda da ixtisaslaşmış və yüksək məhsuldar taxıl istehsalının genişləndirilməsi üçün yeni imkanlar yaranacaq.
Müxbir – Elxan Yusifli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:38]
Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var
- 07.10.2026 [15:30]
Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək
- 07.10.2026 [14:49]
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
- 07.10.2026 [14:41]
Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb
- 07.10.2026 [12:57]
Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO
- 07.10.2026 [12:54]