Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
Astana, 16 iyun, AZƏRTAC
Qazaxıstan-Rusiya sərhədindəki Jaysan-Saqarçin buraxılış məntəqəsində 600-dən çox yük maşını tıxacda qalıb. Onların əksəriyyəti tez xarab olan meyvə-tərəvəz məhsulları daşıyır.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, yük maşınlarının sərhədi keçmə vaxtı 24 saatı keçir. Aktübinsk vilayəti Sahibkarlar Palatasının məlumatına görə, buraxılış məntəqəsinin yaxınlığında 360, Sarjansay kəndində isə 250 yük maşını var.
Nəqliyyat vasitələrinin yarıdan çoxu Özbəkistandan Rusiyaya meyvə-tərəvəz məhsulları, o cümlədən qarpız və gilas daşıyır.
Yükdaşıyanların sözlərinə görə, gözləmə müddəti Saqarçin buraxılış məntəqəsində ötürmə qabiliyyətinin məhdudlaşması ilə bağlıdır. Belə ki, nəqliyyat vasitələrinin qəbulu cəmi bir hərəkət zolağı vasitəsilə həyata keçirilir, həmçinin minik avtomobillərinə və sərnişin nəqliyyatına daha ox üstünlük verilir.
Bu ərəfədə bildirilib ki, Pavlodar vilayətindəki “Kosak” buraxılış məntəqəsində də yük maşınlarının tıxacda qalması müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]