Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir
Bakı, 16 iyun, AZƏRTAC
Bizim məqsədimiz hər zaman Azərbaycanda təhsil sahəsində beynəlxalq standartların, dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir. Təsadüfi deyil ki, “Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklərdən biri məhz dünyəvilik prinsipdir. Bu bir neçə ölkədə artıq tətbiq olunur və biz də həmin maddəni qanuna əlavə edirik.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iyunun 16-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı komitənin sədr müavini Fariz İsmayılzadə deyib.
“Bu dəyişikliklərin məqsədi ümumi təhsil müəssisələrində təhsil mühitinin gücləndirilməsi, geyimlə bağlı vahid yanaşmanın hüquqi çərçivəsinin formalaşdırılması, hüquqi bazanın yaradılması, məktəbdaxili nizam-intizamın dəstəklənməsidir”, - deyə deputat əlavə edib.
Fotoqraf – Aydın Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [11:57]