Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
Bakı, 16 iyun, AZƏRTAC
Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 808 nəfərə çatıb, 192 nəfər dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, bu barədə Konqonun Səhiyyə Nazirliyinin məlumatında deyilir.
İyunun 15-də 26 yeni təsdiqlənmiş yoluxma və 11 ölüm hadisəsi qeydə alınıb və bununla da xəstəlikdən ölüm nisbəti 23,8 faizə çatıb. Epidemiya başlayandan bəri ümumilikdə 363 pasiyent təcrid olunub, 48 nəfər isə sağalıb.
Xəstəliyin ən çox yayıldığı üç əyalətdə - İturi, Şimali Kivu və Cənubi Kivuda cavab tədbirləri davam edir.
Qeyd edək ki, mayın 15-də Konqoda Ebola-Bundibuqio epidemiyası rəsmən elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]