Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur
Bakı, 16 iyun, AZƏRTAC
Brüssel ABŞ Prezidenti Donald Trampın “Rusiyaya qarşı maksimum təzyiq strategiyasından” imtina edərək Avropanın iştirakı olmadan Ukrayna münaqişəsini həll edə biləcəyindən qorxur.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Avropa rəsmiləri ABŞ Prezidentinin İran böhranı yükündən azad olduqdan sonra Ukrayna üzrə danışıqları nəzarətə götürməyə cəhd edə biləcəyindən narahatdır. Onlar Avropanın kənarda qalacağından və ABŞ liderinin Rusiyaya maksimum təzyiq göstərmək və Ukraynanı tam dəstəkləmək strategiyasından imtina edəcəyindən qorxurlar.
Qeyd edək ki, Donald Tramp və “Böyük yeddilik” ölkələrinin digər liderləri iyunun 16-da keçiriləcək G7 sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməlidir. İyunun 15-də Ağ Evin rəhbəri İranla sülhə nail olunduqdan sonra Ukrayna böhranın da həllinin vacib olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]