Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
Bakı, 16 iyun, AZƏRTAC
Portuqaliya millisi dünya çempionatındakı favoritimdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və Türkiyənin “Bursaspor” komandasının 25 yaşlı müdafiəçisi Toral Bayramov dünya çempionatı barədə danışarkən deyib. O, Kriştianu Ronaldunun kuboku başı üzərinə qaldıracağına inandığını söyləyib. Onun fikrincə, bunun reallaşması asan olmayacaq.
T.Bayramov Türkiyə millisinin Avstraliya ilə ilk oyundakı məğlubiyyətini (0:2) gözlənilməz hesab etdiyini vurğulayıb: "Bununla belə, qarşıda iki oyun var. Ümid edirəm ki, onlar qrupdan çıxaraq turnirdə daha da irəliləyə bilərlər".
Qeyd edək ki, Portuqaliya millisi mundialda mübarizəyə iyunun 17-də başlayacaq. Komanda ilk matçda Konqo ilə üz-üzə gələcək. Türkiyə yığması isə növbəti görüşünü iyunun 20-də Paraqvaya qarşı keçirəcək.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start görürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]
Güləş Federasiyasında yeni komitə yaradılıb
- 16.06.2026 [10:53]
“Zirə”nin Konfrans Liqasındakı ilk rəqibi bəlli olur
- 16.06.2026 [10:38]