“ACWA Power”: Uzunmüddətli iqtisadi transformasiya üçün KOB-ların fəal iştirakı vacibdir
Bakı, 16 iyun, AZƏRTAC
Uzunmüddətli iqtisadi transformasiya üçün kiçik və orta müəssisələrin (KOB-ların) fəal iştirakı vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu “ACWA Power” şirkətinin Azərbaycan və Türkiyə üzrə ölkə meneceri Selim Güven İslam İnkişaf Bankının “Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat” mövzusuna həsr olunmuş Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026-nın (AZHAB Forum) “Halal mikro, kiçik və orta müəssisələr və dayanıqlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv iqtisadi artım” adlı sessiyasındakı çıxışı zamanı deyib.
“KOB-lar innovasiyaların, məşğulluğun və iqtisadi şaxələndirmənin əsas hərəkətverici qüvvəsidir. İri layihələrin həyata keçirilməsi geniş təchizatçılar, podratçılar, xidmət təminatçıları və peşəkar mütəxəssislər şəbəkəsi tələb edir. Bir çox hallarda biz yeni bazarlara daxil olan ilk investor oluruq və bununla da yerli bizneslərin inkişafı üçün yeni imkanlar yaradırıq”, - deyə o bildirib
Fotoqraf - İlkin Cavanşirov